Previous Next
Bağla

İnfoMatrix-2018-in bürünc medalçısı hazırladığı yeni robotu təqdim edib

10-02-2020 14:43
İnfoMatrix-2018-in bürünc medalçısı hazırladığı yeni robotu təqdim edib

Xəbər verdiyimiz kimi, fevralın 7-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sabahın alimləri” IX Respublika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdlər ilə görüş keçirildi.

Xeberler.az bildirir ki, 11-13 fevral tarixlərində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək “Sabahın alimləri” IX Respublika müsabiqəsinə kompüter elmləri istiqaməti üzrə hazırlanmış layihələrdən biri də akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ruslan Bayramovun kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarların fermer təsərrüfatında istifadə edə biləcəkləri “Plant Disease & Cause Detection using Deep Learning” idi. Robot “Deep Learning”in köməyi ilə əkin sahələrində becərilən bitkilərin yoluxduqları xəstəlikləri və onların səbəblərini aşkar edə bilir.

Həm mobil telefonun köməyi ilə idarə olunan, həm də özü-özünü idarə edə bilən bu robot 14 adda bitkini tanıyır, onların düçar olduqları 38 xəstəliyi və yoluxma səbəblərini araşdırmağı bacarır.

R.Bayramov adıçəkilən robotu hazırlamağının məqsədindən danışaraq vurğuladı ki, müasir dövrdə dünya əhalisinin qida tələbatının çox hissəsini kiçik və orta sahibkar fermerlər ödəyirlər. Bu fermerlərin üzləşdikləri əsas çətinlik əkin sahələrində bitkilərə yayılan müxtəlif növ xəstəliklər və ziyanverici həşəratlardır. Buna görə də, yeniyetmə tədqiqatçı “Plant Disease & Cause Detection using Deep Learning” layihəsi üzərində işləməyi qərarlaşdırıb.

11-ci sinif şagirdi Ruslan Bayramov təqdim etdiyi robotun hazırlanmasında 3D printerdən də istifadə etdiyini diqqətə çatdırdı.

Qeyd edək ki, “Plant Disease & Cause Detection using Deep Learning”in elmi rəhbəri İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevdir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev xatırlatdı ki, R.Bayramov 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “First Global Challenge2019”da ölkəmizi təmsil edən milli komandamızın kapitanı olub. “Okeanın imkanları” mövzusunda keçirilən beynəlxalq tədbirdə 191 ölkədən 1500-dən çox gənc iştirakçı okeanları tullantılardan və çirkabdan təmizləmək məqsədilə hazırladıqları robotları nümayiş etdirirdilər.

O, Dubayda keçirilən beynəlxalq müsabiqədən bir il öncə “İnfoMatrix-2018” beynəlxalq kompüter layihələri üzrə yarışlarda bürünc medala layiq görülüb. Həmçinin Ukraynanın paytaxtı Kiyevdə keçirilən “GoldenByte 2018” beynəlxalq yarışlarında və robototexnikaya, proqramlaşdırmaya həsr olunan digər beynəlxalq yarışlarda iştirak edərək nailiyyətlər qazanıb.

“Sabahın alimləri” IX Respublika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdlər ilə keçirilən görüşün sonunda akademik Rasim Əliquliyev şagirdlərə müsabiqədə uğurlar arzuladı. Onlara gələcək həyatlarında, təhsil və karyeralarında müvəffəqiyyətlər dilədi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Acer Sabahın alimləri Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı

15-02-2019

Şagirdlərimiz İT yarışmasında 2 qızıl medal qazanıb

14-05-2018

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

05-09-2018

Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!

22-10-2025

Məktəblilərimiz beynəlxalq müsabiqədə 6 medal qazanıblar

21-02-2026

Paytaxt məktəbliləri Beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

25-12-2025

İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

15-06-2019

Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

21-06-2017

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023

Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

11-08-2025

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

02-08-2025

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

24-06-2025

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

05-09-2025

Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə