Previous Next
Bağla

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

24-06-2025 19:47
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşından ibarət nümayəndə heyəti tədqiqat və təhsil şəbəkələri sahəsində dünyanın ən nüfuzlu və genişmiqyaslı tədbirlərindən biri olan TNC25 konfransında iştirak ediblər. Nümayəndə heyətinə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev rəhbərlik edib. Heyətin tərkibinə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və baş mütəxəssis Könül Əliyeva daxil olub.

Xeberler.az bildirir ki, bu barədə institutdan məlumat verilib.

İngiltərənin Brayton şəhərində keçirilən, Birləşmiş Krallığın Milli Tədqiqat və Təhsil Şəbəkəsinin (JISC) ev sahibliyi etdiyi konfrans bu il “Birlikdə daha parlaq” (Brighter Together) devizi ilə təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd GEANT-ın tədqiqat və təhsil ictimaiyyətinin bütün üzvlərini bir araya gətirmək olub.

GEANT Assosiasiyası tərəfindən təşkil edilən konfransda 72 ölkədən 900-dən çox alim və mütəxəssis bir araya gəlib. TNC25 çərçivəsində süni intellektin tədqiqat və təhsil mühitində tətbiqi, şəbəkələrin avtomatlaşdırılması, kibertəhlükəsizlik, elmi bulud infrastrukturu, “Trust & Identity”, açıq elm (Open Science) və e-infrastrukturlar, kvant hesablama və rabitə texnologiyaları, böyük həcmli məlumatlar (Big Data), rəqəmsal suverenlik (digital sovereignty) və inklüziv texnologiyalar kimi aktual mövzularda paralel iclaslar və plenar sessiyalar keçirilib, tədqiqat və təhsil şəbəkələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, interaktiv sərgilər nümayiş etdirilib.

Azərbaycan nümayəndə heyəti TNC25 çərçivəsində keçirilən bir sıra sessiyalarda üzv ölkələrin tədqiqat və təhsil şəbəkələrinin nümayəndələri ilə əməkdaşlıq imkanlarına dair müzakirələrdə iştirak edib. Müzakirələr zamanı tədbir çərçivəsində əldə olunan təcrübənin ölkəmizin elm və təhsil infrastrukturunun beynəlxalq mühitə inteqrasiyasına töhfə verəcəyi bildirilib, təqdim olunan innovativ yanaşmaların “AzScienceNet” şəbəkəsinin fəaliyyətinin genişləndirilməsi və infrastrukturunun gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Akademik Rasim Əliquliyev konfrans çərçivəsində milli tədqiqat və təhsil şəbəkələrinin rəhbərləri üçün təşkil olunan yüksəksəviyyəli “CEO track” sessiyasında iştirak edib. İclasda rəqəmsal transformasiya, süni intellekt və kvant texnologiyaları, eləcə də regional və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Akademik Rasim Əliquliyev sessiya çərçivəsində Azərbaycan elmi və təhsilinin Avropa mühitinə inteqrasiyasının təmin edilməsində virtual körpü rolunu oynayan, milli operator funksiyasını yerinə yetirən “AzScienceNet” şəbəkəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin GEANT Assosiasiyası ilə birgə layihələrin davam etdirilməsi, regional texnoloji təşəbbüslərdə Azərbaycanın fəal iştirakı və əməkdaşlığın inkişafına dair təkliflərini irəli sürüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq müzakirə olunub

02-07-2025

İnformasiya Texnologiyaları İnstitutu ilə GEANT arasında fikir mübadiləsi aparılıb

30-06-2025

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

13-01-2026

“AzScienceNet” Mərkəzi Moldovada keçirilən beynəlxalq konfransda təmsil olunub

18-10-2024

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

01-05-2020

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə