Xeberler.az-ın məlumatına görə, Təhsil naziri ölkədə İKT və təhsil ictimaiyyətinin birmənalı qarşılamadığı təmayülləşmə ilə bağlı əmr imzalayıb.
Nazirin 2015-ci il 8 iyun tarixli bu əmri ilə 2015-2016-cı dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı təhsil müəssisələrinin siyahısına Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin adı əlavə olunub.
Diqqət çəkən məqam isə ondan ibarətdir ki, 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamət üzrə tədris planlarında İnformatika fənninin adı yoxdur.
Belə ki, nazirin adı çəkilən əmrində Texniki fənlər təmayülü nəzərdə tutulsa da bu təmayül üzrə nümunəvi tədris planına yalnız aşağıdakı fənlər daxil edilib :
Göründüyü kimi bu siyahıya İnformatika fənni daxil edilməyib.
Beləliklə, adı çəkilən əmrlə təsdiq olunan aşağıdakı məktəblərin 10-11 –ci siniflərində gələn ildən informatika fənni tədris olunmayacaq.
1. Heydər Əliyev adına lisey (Nazirlik tabeli)
2. “Ankara məktəbi” məktəb-liseyi (Nazirlik tabeli)
3. S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası (Nazirlik tabeli)
4. 132-134 nömrəli Təhsil Kompleksi (Nazirlik tabeli)
5. Bakı şəhəri Məktəb-Lisey Kompleksi (Nərimanov rayonu)
6. Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəb (Binəqədi rayonu)
7. Bakı şəhəri S.Hacıyev adına 5 nömrəli tam orta məktəb (Nəsimi rayonu)
8. Bakı şəhəri M.Rahim adına 7 nömrəli tam orta məktəb (Səbail rayonu)
9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb (Xətai rayonu)
10. Bakı şəhəri M.Rüstəmov adına 32 nömrəli tam orta məktəb (Nizami rayonu)
11. Bakı şəhəri 47 nömrəli tam orta məktəb (Nərimanov rayonu)
12. Bakı şəhəri A.Şaiq adına 54 nömrəli tam orta məktəb (Nəsimi rayonu)
13. Bakı şəhəri X.Quliyev adına 62 nömrəli məktəb-lisey (Nizami rayonu)
14. Bakı şəhəri 70 nömrəli məktəb-lisey (Nizami rayonu)
15. Bakı şəhəri H.Hüseynov adına 83 nömrəli məktəb-lisey (Binəqədi rayonu)
16. Bakı şəhəri 129 nömrəli tam orta məktəb (Nizami rayonu)
17. Bakı şəhəri E.Quliyev adına 145 nömrəli tam orta məktəb (Nizami rayonu)
18. Bakı şəhəri 147 nömrəli texniki humanitar lisey (Xətai rayonu)
19. Bakı şəhəri E.Şəmiyev adına 149 nömrəli tam orta məktəb (Xəzər rayonu)
20. Bakı şəhəri 158 nömrəli tam orta məktəb (Yasamal rayonu)
21. Bakı şəhəri 160 nömrəli Klassik gimnaziya (Səbail rayonu)
22. Bakı şəhəri N.Rzayev adına 169 nömrəli tam orta məktəb (Sabunçu rayonu)
23. Bakı şəhəri Z.Məmmədov adına 171 nömrəli tam orta məktəb (Xətai rayonu)
24. Bakı şəhəri Ə.Əliyev adına 204 nömrəli tam orta məktəb (Xətai rayonu)
25. Bakı şəhəri V.Sadıqov adına 214 nömrəli tam orta məktəb (Nizami rayonu)
26. Bakı şəhəri Ə.Mahmudov adına 220 nömrəli tam orta məktəb (Nizami rayonu)
27. Bakı şəhəri Y.Kovalyov adına 229 nömrəli tam orta məktəb (Nizami rayonu)
28. Bakı şəhəri 240 nömrəli tam orta məktəb (Nəsimi rayonu)
29. Bakı şəhəri 245 nömrəli tam orta məktəb (Xətai rayonu)
30. Bakı şəhəri A.Xəlilov adına 263 nömrəli tam orta məktəb (Xətai rayonu)
31. Bakı şəhəri 264 nömrəli məktəb-lisey (Xətai rayonu)
32. Bakı şəhəri E.Həmidov adına 267 nömrəli tam orta məktəb (Binəqədi rayonu)
33. Bakı şəhəri R.Məmmədov adına 269 nömrəli tam orta məktəb (Xətai rayonu)
34. Bakı şəhəri E.Şirəliyev adına 274 nömrəli tam orta məktəb (Qaradağ rayonu)
35. Bakı şəhəri P.İsmayılov adına 278 nömrəli tam orta məktəb (Suraxanı rayonu)
36. Bakı şəhəri 287 nömrəli "Zəkalar" liseyi (Xətai rayonu)
37. Bakı şəhəri 318 nömrəli tam orta məktəb (Suraxanı rayonu)
38. Gəncə şəhəri M.Mehdizadə adına 4 nömrəli tam orta məktəb
39. Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəb
40. Gəncə şəhəri 28 nömrəli tam orta məktəb
41. Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəb
42. Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəb
43. Sumqayıt şəhəri M.Quliyev adına 3 nömrəli tam orta məktəb
44. Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəb
45. Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb
46. Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəb
47. Mingəçevir şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəb
48. Mingəçevir şəhəri R.Mirabov adına 7 nömrəli tam orta məktəb
49. Mingəçevir şəhəri 19 nömrəli tam orta məktəb
50. Şirvan şəhəri 16 nömrəli tam orta məktəb
Təhsilin təmayüllərə görə təşkili özlüyündə mütərəqqi bir hal olsa da adı çəkilən əmrdə texniki istiqamət üzrə təmayüldə İnformatika fənninin ləğvinin nəyə əsaslanması, hansı müzakirələr və araşdırmalar əsasında qəbul edilyi vurğulanmayıb.
Xeberler.az məlumatına görə, nazirin bu əmri təhsil və İKT ekspertləri tərəfindən birmənalı qarşılanmayıb.
Bir sıra ekspertlər bu əmrin təhsil müəssisələrində informatika fənninə qarşı marağın daha da azalmasına gətirib çıxaracağını, ümumiyyətlə, ölkədə informasiya cəmiyyətinin formalaşmasına mənfi təsir edəcəyini bildirirlər.
Həmçinin Texniki təmayülü bir istiqamət üzrə nə üçün İnformatika fənninin deyil, kimya fənninin daxil edilməsi də sual doğuran məqamlardandır.
Mövzuya qayıdacağıq.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri