İnnovasiyalar Agentliyi və “Startup Campus” Avropa bazarına daxil olmaq istəyən startaplar üçün “Discover Europe” adlı layihəsini təqdim edir.
Xeberler.az-ın məlumatına görə, Agentlikdən bildirilib ki, proqram çərçivəsində startaplar müxtəlif biznes, investor və mentorlarla tanış olacaq, öz layihələri ilə bağlı dəyərli mütəxəssis rəyləri ala biləcəklər.
Qeyd edək ki, “Startup Campus” innovativ bizneslərə ideya mərhələsindən başlayaraq bir sıra beynəlxalq proqramlar təklif edən biznes inkubatordur. İnkubatorun əsas məqsədi öz biznesinizi qlobal olaraq inkişaf etdirmək istəyən startaplara bu yöndə dəstək olmaqdır.
“Discover Europe” proqramı haqqında ətraflı məlumat almaq və proqramla bağlı suallarınızı ünvanlamaq üçün martın 30-u saat 16:30-da onlayn infosessiyaya qatıla bilərsiz. İnfosessiyada iştirak üçün sadəcə linkə daxil olaraq qeydiyyatdan keçməyiniz kifayətdir: https://forms.gle/gf3rBFeNJaVvN89f7
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri