Previous Next
Bağla

"İnnovasiyalar Mərkəzi" “Take Off İstanbul” sammitində iştirak edib

13-12-2024 16:33
"İnnovasiyalar Mərkəzi" “Take Off İstanbul” sammitində iştirak edib
11-12 dekabr 2024-cü il tarixində Türkiyənin İstanbul şəhərində “Take Off İstanbul” startap sammiti baş tutub.
 
Xeberler.az məlumat verir ki, Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin və Prezident İnvestisiya İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən sammit sahibkarlıq mühitini gücləndirmək məqsədini daşıyır.
 
Tədbirdə "ASAN xidmət"in "INNOLAND Incubation & Acceleration Center“in rezidentləri olan “Savafy.org”, “Taskool” və “KidFi”, “Gələcək üçün bacarıqlar” layihəsinin “Vooshi”, “Medappoint”, həmçinin “Glorri” yerli startapı innovativ həlləri və texnologiyaları ilə ölkəmizi təmsil ediblər. Onlar investorlarla və ekosistemin əsas oyunçuları ilə tanışlıq imkanı əldə ediblər.
 
“İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktara burada təqdim olunan innovativ layihələr barədə məlumat verib. Selçuk Bayraktar startapların fəaliyyətini yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.
 
Tədbir çərçivəsində Turkic Investment Fund, "Yandex", "Al Baraka", "Sglobe.co", T3 Vəqfi, "ODTÜ Teknokent", "Havelsan", "Bilişim Vadisi" və bir çox vençur fondlarla da görüşlər keçirilib və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
 
Beynəlxalq startap sammiti olan "Take Off" innovasiya üçün maneəsiz mühit yaratmaq məqsədilə sahibkarları, mentorları, vençur kapitalı təmsilçilərini və şirkətləri bir araya gətirir.
 
Sammit sahibkarların innovativ layihələrini təqdim etmələri, investorlarla birbaşa əlaqə qurmaları, sənaye liderlərindən ilham almaları və yeni biznes imkanları yaratmaları üçün unikal fürsətlər yaradır.
 
Bu günə qədər 100-dən çox ölkədən 801 startapı, 412 mentoru və investoru, 166 məruzəçini bir araya gətirən və ümumilikdə 755 min dollarlıq mükafat fondu təqdim edən “Take Off İstanbul” sahibkarlıq ekosisteminin inkişafına həsr olunmuş qlobal miqyaslı qeyri-kommersiya tədbiridir.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

15-12-2025

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022

 “Take Off Baku” beynəlxalq startap sammiti öz işinə başladı

26-05-2022

50 startap “Take Off Baku”da iştirak hüququ qazanıb

19-04-2022

“INNOLAND”ın rezidentləri “Web Summit 2025”də iştirak ediblər

17-11-2025

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022

Azərbaycan startapları xarici investorlara təqdim edilib

30-10-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

"İnnovasiyalar Mərkəzi"nin nümayəndə heyəti "Mərkəzi Avrasiya Startap Sammiti"ndə iştirak edib

19-04-2022

İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

06-09-2023

Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

02-05-2023

“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

06-10-2025

Azərbaycan startapı “Teknofest”də beynəlxalq şirkətlərlə müqavilə imzalayıb

01-10-2021

“INMerge” İnnovasiya Sammiti başa çatıb

30-09-2025

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

Rəqəmsal oyun düşərgəsi başa çatdı-Fotolar

11-09-2023

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də olub

22-09-2025

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

30-07-2022

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018

“Azərbaycanlı mühəndislər “BAYKAR”ın dəstəyi ilə ağıllı pilotsuz sistemlərinin inkişafı üzrə çalışır”

26-07-2023

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

İstanbulda növbəti TEKNOFEST-ə start verilib

17-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə