Previous Next
Bağla

Ən etibarlı brauzerlər

23-09-2017 11:20
Ən etibarlı brauzerlər

Almaniyanın X41 D-Sec şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri brauzerlərə müxtəlif müdaxilə üsullarını sınaqdan keçiriblər.

Xeberler.az bildirir ki, testdə Chrome, Edge və Internet Explorer brauzerləri iştirak edib.

Ekspertlər qənaətə gəlib ki, Chrome müdaxilələrdən daha mühafizəli brauzer olaraq qalır. Onun təhlükəsizlik məhdudiyyəti Edge-dən daha yaxşıdır. Bundan başqa, Chrome-da hücumların qarşısını almaq üçün daha effektiv üsuldan istifadə edilir.

Tədqiqatda deyilir ki, Edge-də ən zəif yer Microsoft korporasiyasının köhnəlmiş Internet Explorer brauzerinə etibar etməkdə davam etməsidir. Edge-də istifadəçiyə Explorer” brauzerinə keçməyi təklif edən internet saytlarının siyahısı saxlanılır. Bu isə Edge-də mövcud olan bütün müasir mühafizə vasitələrinin nəzərə alınmamasına səbəb olur.

Bildirilir ki, mühafizəni dəf etmək üçün ən əlverişli üsul bu saytlardan birini zərərli proqram təminatı ilə yoluxdurmaqdır. Bundan sonra virus Internet Explorer vasitəsilə istifadəçi kompüterinə çatdırılacaq. Bunu X41 D-Sec mütəxəssisləri sübut etməyə nail olublar. Belə ki, onlar Edge brauzerinin internet saytları siyahısında olan istifadə müddəti bitmiş domen əldə edərək istifadəçiyədək bütün mərhələlərdən keçə biliblər.

Məlumata görə, hər üç brauzerin fişinq hücumundan mühafizəsi yoxlanılıb. Bu hücumlar qarşısında boşluğa daha çox köhnəlmiş funksiyaları dəstəkləməsinə görə Edge və Internet Explorer brauzerlərinin həssas olması müəyyənləşib. Lakin ekspertlər hakerin zərərli proqram təminatını genişləndirməklə Chrome-u tam ələ keçirə bilməsini də aşkarlayıblar.

Tədqiqatçılar həmçinin müəyyənləşdirib ki, “Safe Browsing Google” funksiyası Microsoft-un “SmartScreen” funksiyasından daha dəqiqdir. Lakin onların məqsədi casusluq olan məqsədyönlü hücumlarla mübarizə apara biləcəklərinə ümid azdır.

Google tərtibatçılarının daha bir bacarığı qeydə alınan səhvlərin daha tez aradan qaldırılması, eləcə də Chrome üçün təhlükəli boşluqları bağlamağa imkan verən səhvlərin növbədənkənar düzəldilməsidir. Microsoft isə adətən aylıq “patch” paketlərinin buraxılmasını gözləyir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
YouTube Internet Explorer 6 brauzerində fəaliyyətinin dayandırır

YouTube Internet Explorer 6 brauzerində fəaliyyətinin dayandırır

16-07-2009
İnternet Explorer-ə sağ ol!

İnternet Explorer-ə sağ ol!

02-05-2015
Chrome yeni rekord qırıb

Chrome yeni rekord qırıb

30-08-2017
 Avropanın ən populyar brauzeri hansıdır?

Avropanın ən populyar brauzeri hansıdır?

09-05-2012
Microsoft Internet Explorer üçün təcili təhlükəsizlik proqramı hazırlayıb

Microsoft Internet Explorer üçün təcili təhlükəsizlik proqramı hazırlayıb

18-12-2008
Microsoft Internet Explorer-in köhnə versiyalarına dəstəyi dayandırır

Microsoft Internet Explorer-in köhnə versiyalarına dəstəyi dayandırır

26-11-2015
Internet Explorer 8 RC1 artıq Beta versiyada deyil

Internet Explorer 8 RC1 artıq Beta versiyada deyil

27-01-2009
Microsoft Internet Explorer öz istifadəçilərini itirir

Microsoft Internet Explorer öz istifadəçilərini itirir

27-12-2008
Windows 8 artıq yenilənməyəcək

Windows 8 artıq yenilənməyəcək

14-01-2016
“Internet Explorer 9”un beta-versiyası təqdim olundu

“Internet Explorer 9”un beta-versiyası təqdim olundu

17-09-2010
Google Chrome brauzer bazarında mövqeyini gücləndirir

Google Chrome brauzer bazarında mövqeyini gücləndirir

21-11-2010
Brauzer bazarında gözlənilməz dəyişiklik

Brauzer bazarında gözlənilməz dəyişiklik

07-10-2010
Explorer-ə marağ artıb

Explorer-ə marağ artıb

16-12-2008
“Internet Explorer 9” “HTML5” dilinə uyğunluğa dair testdə qalib gəlib

“Internet Explorer 9” “HTML5” dilinə uyğunluğa dair testdə qalib gəlib

04-11-2010
Net Applications: dekabrda Firefox və Chrome brauzerləri İnternet Exploreri geridə qoyub

Net Applications: dekabrda Firefox və Chrome brauzerləri İnternet Exploreri geridə qoyub

09-01-2009
Internet Explorer 8 Google Chrome-ni qabaqladı!

Internet Explorer 8 Google Chrome-ni qabaqladı!

24-03-2009
Microsoftun son ümidi: Internet Explorer 9

Microsoftun son ümidi: Internet Explorer 9

21-09-2010
İnternetdə zərərli reklamların qarşısını necə almaq olar?

İnternetdə zərərli reklamların qarşısını necə almaq olar?

24-11-2015
Ən populyar internet brauzerləri açıqlanıb

Ən populyar internet brauzerləri açıqlanıb

04-12-2024
Google Chrome üçün vacib ipucuları

Google Chrome üçün vacib ipucuları

24-09-2010
Hansı brauzerdən daha çox istifadə olunur?

Hansı brauzerdən daha çox istifadə olunur?

29-12-2015
Microsoft  Internet Explorer-in köhnə versiyalarına dəstəyi dayandırır

Microsoft Internet Explorer-in köhnə versiyalarına dəstəyi dayandırır

07-01-2016
Adobe Flash platformasının dəstəklənməsi nə vaxt dayandırılır?

Adobe Flash platformasının dəstəklənməsi nə vaxt dayandırılır?

26-07-2017
Veb-brauzerlər bazarında nəzərə çarpan dəyişikliklər baş verib

Veb-brauzerlər bazarında nəzərə çarpan dəyişikliklər baş verib

04-09-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə