Previous Next
Bağla

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016 16:59
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda biometrik texnologiyalar və proqram mühəndisliyinin müxtəlif problemləri üzrə elmi-tədqiqatlar davam etdirilir.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, bu haqda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirib.

Şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi üzrə aktual mövzularda aparılacaq elmi-tədqiqat işlərindən söz açıb.

T.Kazımov cari ildə insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunması üçün metod və alqoritmlərin işlənilməsinin nəzərdə tutulduğunu bildirib, biometrik şəbəkələrin yaradılması prinsiplərinin tədqiqi və insanın kompüter vasitəsilə tanınmasında onun rolu ilə əlaqədar aparılacaq araşdırmalar barədə məlumat verib. O qeyd edib ki, insanın əl damar izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənilməsi, insanın ovuc naxışları əsasında irqi və etnik mənsubiyyətinin müəyyən edilməsi üçün elmi tədqiqatların aparılması da cari ildə görüləcək işlər sırasındadır.

T.Kazımov  proqram mühəndisliyinin nəzəri əsasları üzrə proqram təminatının etibarlılığının yüksəldilməsi problemlərinə toxunan məruzəçi bu məqsədlə modelin işləniləcəyini bildirib.

Alim şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edərək bu istiqamətdə şöbə əməkdaşlarının elmi əsərlərinin Vikipediyaya daxil edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Biometrik texnologiyalar və proqram mühəndisliyi kimi aktual sahələrin müxtəlif problemlərinin tədqiqinin vacib məsələlərdən olduğunu söyləyən R.Əliquliyev bu istiqamətdə araşdırmaların davam etdirilməsinin zəruriliyini qeyd edib.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

07-07-2017
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
Kompüter xidmətlərinin keyfiyyəti artırılır

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016
Ölkəmizdə insanı əl damarlarının izləri ilə  tanıyan  texnologiya təqdim edildi

Ölkəmizdə insanı əl damarlarının izləri ilə tanıyan texnologiya təqdim edildi

28-12-2015
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016
Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

03-02-2017
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016
İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

22-02-2016
Texnoparkların idarə olunması üçün model və mexanizmlər  araşdırılır

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016
İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

14-01-2016
Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

23-01-2017
İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025
Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023
Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025
Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023
Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə