“İnsanların hüquqları oflaynda olduğu kimi, onlaynda da qorunmalıdır”

16-09-2015 / 17:26

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “İnformasiya texnologiyalarının dünyada sülhün təminatında rolu” mövzusunda dəyirmi masa keçirilib.

Xeberler.az bildirir ki, Nazirliyin birlik və müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən RYTN-in Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov İnsan hüquqları üzrə müvəkkilin təşəbbüsü ilə sentyabrın 21-dək respublikamızda “Sülh aylığı” keçirildiyini, dəyirmi masanın da bu aylıq çərçivəsində təşkil olunduğunu nəzərə çatdırıb.

Daha sonra “İnformasiya texnologiyalarının dünyada sülhün təminatında rolu” mövzusunda təqdimata başlayan B.Məmmədov bu sahədə beynəlxalq və Azərbaycan təcrübəsindən söz açıb.

Dünyada sülhün dayanıqlı təminatında İKT-nin böyük rolu olduğunu qeyd edən RYTN rəsmisi bu istiqamətin Azərbaycanda prioritet sahə kimi önə çəkildiyini, iqtisadiyyatın davamlı və sabit inkişafı baxımından rabitə və yüksək texnologiyalar sektoruna yüksək önəm verildiyini vurğulayıb.

Qeyd edilib ki, respublikada İKT sahəsinə xüsusi diqqət ayrılır, rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində məqsədyönlü işlər görülür, həmçinin sahə üzrə yeni təsisatlar yaradılır.

B.Məmmədovun sözlərinə görə, insanların hüquqları offlaynda olduğu kimi, onlaynda da qorunmalıdır. Belə ki, real gerçəklikdə insan hüquqlarının təminatı sahəsində olan zəmanətlər, hüquqi mexanizmlər onaynda, yəni internetdə təmin olunmalıdır.

Bu sahədə beynəlxalq təcrübəyə toxunan nazirlik rəsmisi bildirib ki, Avropa Şurası tərəfindən internetdə azadlıq sahəsində tövsiyələr hazırlanıb və bu tövsiyələr ilk növbədə internetə azad çıxışın təmin edilməsi, fikir və ifadə azadlığının təsbiti, qorunması və s. kimi məsələləri özündə ehtiva edir.

Tövsiyələrdə qeyd olunur ki, internetdə qeyri-qanuni əməllərə görə məhdudiyyətlər tədbir oluna bilər, amma bu məhdudiyyətlərin özü də qanunvericiliyə əsaslanmalıdır.

Sənəddə internetdə müdafiə vasitələri haqda xüsusi müddəalar da yer alıb.

Daha sonra “İnformasiya texnologiyalarının dünyada sülhün təminatında rolu” mövzusunda dəyirmi masa iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə