"İnstagram"a yeni funksiya əlavə edilib

13-05-2020 / 10:58

"İnstaqram" sosial şəbəkəsi internetdə virtual münaqişələr ehtimalını azaltmaq üçün şərhlərlə bağlı bir sıra yeniliklər tətbiq edir.

Xeberler.az bildirir ki, bu barədə "Facebook" şirkətinə məxsus sosial şəbəkənin press-relizində xəbər verilir.

"İndi bir anda çox şərh silə, bir neçə nəfəri blok edib əlaqədə məhdudlaşdıra bilərsiniz. Ayrıca "İnstagram"da kimlərin sizi publikasiyalarda və ya şərhlərdə qeyd edə biləcəyini təyin etmək imkanını əldə edəcəksiniz", - məlumatda bildirilir.

İstifadəçilər dərc altında 25-ə qədər şərhi qeyd edib bir kliklə silə və bu şərhlərin müəlliflərini blok edib, bəyəndikləri şərhləri ilk başda görünməsi üçün nişanlaya biləcəklər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə