Previous Next
Bağla

Sosial şəbəkələrdəki problemlər həll olunacaqmı ?

18-07-2019 12:46
Sosial şəbəkələrdəki problemlər həll olunacaqmı ?
Xeberler.az bildirir ki, dünən dünyanın əksər ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranmışdı.  Azərbaycanda yaranmış problemlə bağlı olaraq isə dünən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilmişdi ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.
Bəs istifadəçilər ən çoxhansı problemlərdən şikayətlənirlər?
 
İnternet resurslarının işini təqib edən “Downdetector” xidməti məlumat verir ki, son 3 ayda ölkədə ən çox istifadə edilən “Facebook”, “İnstagram” dünya ölkələrinin istifadəçiləri tərəfindən 5 üzərindən 2 ulduzla, “WhatsApp” isə 3 ulduzla qiymətləndirilib.
 
Məsələn, “Facebook”dan ən çox şikayət edənlərin 57 %-i şəbəkədə ümumi problemlərdən, 21 %-i əsas səhifənin yenilənməməsindən, 20 %-i isə girişdəki problemlərlə bağlı məlumat verib.
“İnstagram” istifadəçilərinin 81 %-i əsas səhifənin yenilənməməsindən, 9 %-i girişlə bağlı problemdən, 9 faiz isə şəbəkənin internet versiyasından şikayətlənib.
“WhatsApp” şəbəkəsindən istifadə edənlərin 58 %-i bağlantının zəif olmasından, 35 %-i göndərilən və alınan mesajlardan, 5 %-i isə girişdən şikayətlənib.
 
Bu ilin may ayının 9-da “Facebook”un həmtəsisçisi, amerikalı sahibkar Kris Hyuz mayın 9-u “ The New York Times” qəzetində dərc olunan məqaləsində bildirmişdi ki, ABŞ hökuməti şirkət rəhbəri Mark Zukerberqi bazardakı inhisarçı mövqeyindən məhrum etməli və fotoşəkil mübadiləsi üçün nəzərdə tutulan “İnstagram” proqramı ilə “WhatsApp”ı onun əlindən almalıdır. Sahibkar qeyd edib ki, “Federal Ticarət Komissiyasının (FTK) ən böyük səhvi “Facebook”, “İnstagram” və “WhatsApp”ın Zukerberq tərəfindən əldə edilməsinə maneə olmaması olub.
 
Hyuz əlavə edib ki, ABŞ hökuməti vəziyyəti nəzarətinə götürməlidir və Zukerberq faktiki olaraq səhmlərin 60%-nə nəzarət edir deyə “Facebook”da istifadə ediləcək alqoritmlər, istifadəçilərin xəbər lentində görə biləcəyi dərclər, məxfilik qaydaları və məlumatlarla bağlı təkbaşına qərar verə bilir.
 
Bundan başqa yazını dərc edən köşə müəllifi bildirib ki, şirkətin mayın 30-na təyin edilən növbəti illik səhmdarlar iclası ərəfəsində onların bir hissəsi Zukerbergin direktorlar şurasının sədri postundan getməsini tələb edib. ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının saytında dərc edilən bəyanatda qeyd olunub ki, bir sıra səhv nəticəsində şirkət rəhbərliyi ötən ilin iyul ayından başlayaraq qiymətləndirmə dəyərinin 40%-ni itirib.
 
Bəyanatın müəllifləri bu itkilərə görə bilavasitə Zukerberqin məsuliyyət daşıdığını bildiriblər. Onların fikrincə, Zukerberq faktiki olaraq şirkətə təkbaşına rəhbərlik edir. Onun işini optimallaşdırmaq üçün başqa variantlarla yanaşı 2012-ci ildən bu vəzifəni tutan və eyni zamanda şirkətin baş direktoru olan Mark Zukerberqin yerinə idarə şurasına müstəqil sədrin seçilməsi təklif olunsa da, bu baş tutmayıb.
Həmçinin xarici ekspertlər tez-tez “Tecnote” saytına bildirirlər ki, şirkət daxili qruplaşmalar onu göstərir ki, sosial şəbəkələr hələ çox çökəcək.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkələrdəki problemlə bağlı nazirlik açıqlama verib

17-07-2019

Mark Zukerberq sosial şəbəkələrin istifadəçilərindən üzr istəyib

05-10-2021

"Facebook" şirkəti adını dəyişdirib

29-10-2021

İnstagram təsisçiləri istefaya gedir

25-09-2018

ABŞ kəşfiyyat agentlikləri “WhatsApp” yazışmalarını ələ keçirə bilər

11-01-2025

İnstaqram və feysbukun işində növbəti dəfə nasazlıqlar yaranıb

05-10-2021

Mark Zukerberq ziyanla üzləşib

27-06-2020

Zukerberqin canı qurtardı

25-06-2011

İnstagram Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

05-01-2019

Yaponiyanın Facebook-dan TƏLƏBLƏRİ

22-10-2018

"Feysbuk" istifadəçi postlarına məhdudiyyət qoya bilər

06-06-2020

WhatsApp növbəti rekorda imza atdı

01-08-2017

WhatsApp qadağası ləğv olundu

18-12-2015

"Facebook"da problemlər yaranıb

23-01-2021

WhatsApp-a bu paylaşımlarla bağlı qadağa qoyuldu

16-03-2018

Facebookun yaradıcısı Mark Zukerberq sosial şəbəkə haqda nə dedi?

24-09-2010

Mark Zukerberq dünyanın ən zəngin ikinci adamı olub

04-10-2024

Facebook rəhbərindən etiraf: “Səhv etdik”

22-03-2018

İnstaqramda problemlər yaranıb

29-06-2021

Facebookun yaradıcısı ilin adamı oldu

16-12-2010

Facebook İnstaqramı 1 milyard dollara alacaq

10-04-2012

Facebook İnstagram dostları ilə birbaşa əlaqə imkanı yaradacaq

17-07-2018

Facebook Mark Zukerberqin paylaşımlarını silib

01-04-2019

Facebook gözlənilən yeniliyi təqdim etdi

30-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə