“İntel”-in rəhbərliyi Azərbaycanın İT şirkətində görüş keçirib

18-12-2014 / 20:59

Azərbaycana səfəri zamanı rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə “Ultra Technologies” şirkətinin yeni ofisini ziyarət edən İntel şirkətinin “World Ahead Program” üzrə vitse-prezidenti Con Deyvis (Jhon E.Davies) yeni layihələr və perspektivlərlə bağlı şirkət rəhbərliyi ilə ikitərəfli görüş keçirib.

“İntel” şirkətinin yeni məhsul və həlləri haqqında məlumat verən Deyvis gələcəkdə Azərbaycanla birgə yeni perspektiv layihələrin reallaşdırılmasının mümkünlüyünü qeyd edib.

Görüş zamanı “ULTRA” şirkətinin direktoru Zaur Məmmədzadə 1999-2014 illərdə görülmüş işlərin xülasəsindən ibarət təqdimatla çıxış edib. Direktor 1999- 2014 illərdə birgə həyata keçirilmiş uğurlu layihələrdən söz açıb və onların içərisində Cənubi Qafqazda ilk Wifi zonasının yaradılması, Azərbaycanın bir sıra universitetlərində “University Campus” proqram günlərinin keçirilməsi, ölkənin bir sıra orta məktəblərində müasir “İntel” platformalı noutbuklarin verilməsini vurğulayıb. Şirkət rəhbəri  “Sigma” , “Sonoma” , “Napa” texnologiyaları ilə təchiz edilmiş Nexus(R) markalı noutbukların istehsal edildiyini, 2008-2014-cü  illərdə orta məktəblərdə “One On One Education” , “Teach For The Future” kimi yeni İT konsepsiyaların reallaşdırılıldığını və “İntel” platformalı müasir avadanlıqların tətbiq edildiyini qonağın diqqətinə çatdırıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə