“Internet Explorer 9”un beta-versiyası təqdim olundu

17-09-2010 / 12:45

Ancaq “Acid3” testindən sonadək keçə bilmir

“Microsoft” korporasiyası bu gün “Internet Explorer 9” brauzerinin beta versiyasını təqdim edib.

Yenilənmiş brauzeri “BeautyOfTheWeb.com” saytından yükləmək olar.

İstifadəçilərə brauzerin 33 dildə versiyaları təqdim olunur. Yeni “Internet Explorer”in interfeysində xeyli dəyişikliklər aparılıb. Ünvan sətri indi “One Box” adlandırılır və özündə axtarış formasının funksiyalarını birləşdirir. Axtarış servisi kimi avtomatik şəkildə “Microsoft Bing” sistemi istifadə olunur. Lakin istifadəçinin istəyindən asılı olaraq Internet Explorer-in xüsusi axtarış əlavələri səhifəsində servis dəyişdirilə bilər.

Səhifələrin açılması üçün artıq “HTML5” formatından istifadə edən “Internet Explorer 9” əvvəlki versiyadan fərqli olaraq daha sürətlə işləyir. Hələ ki, “Internet Explorer 9” müvafiq “Acid3” testindən sonadək keçə bilmir. 100 ballıq şkala üzrə 93 bal toplayır.
Qeyd edək ki, bir çox alternativ brauzerlər bu testdə 100 bal toplaya bilir.

mənbə: mincom.gov.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə