Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik rabitə xəttini birgə istifadəyə verməklə mühüm mərhələni qeyd edir.
Xeberler.az məlumat verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında bildirib.
Tokayevin sözlərinə görə, informasiya təhlükəsizliyi istənilən strateji layihə üçün həyati əhəmiyyət kəsb edir - xüsusən də onun həyata keçirilməsində bir neçə dövlət iştirak edirsə. Bu baxımdan o, regional əməkdaşlığın inkişafı üçün birgə infrastruktur təşəbbüslərinin əhəmiyyətini vurğulayıb.
Qazaxıstan Prezidenti qeyd edib ki, "Rəqəmsal İpək Yolu" layihəsi məlumatların bütün Avrasiya boyu daha sürətli və təhlükəsiz ötürülməsini təmin edəcək, Asiyanın rəqəmsal potensialını gücləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaq.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları