“Bugün İnternet və informasiya təhlükəsizliyi hər bir dövlət üçün strateji əhəmiyyət kəsb edir”.
Xəbərlər-in məlumatına görə, bu fikirləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “İnformasiya Təhlükəsizliyi: problemlər və perspektivlər” adlı tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov səsləndirib.
Şura sədri ötən il bəzi saytlarda ciddi nöqsanlar aşkar olunduğunu xatırladıb: “XXI əsr informasiya əsridir və dinamik şəkildə inkişaf edən İnternet mediada müəyyən problemlərin olması da birmənalı qarşılanmır. Ötən il bəzi saytlarda ciddi nöqsanlar oldu. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məsələyə dərhal reaksiya verməsi bu sahədə ciddi dönüş yaratdı. Biz monitorinq apardıq və nəticələr bizi çox qane etdi. Bütövlükdə, hesab edirəm ki, hər bir jurnalist üçün onun dövlətinin milli maraqları birinci olmalıdır”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri