İnternet pulsuz oldu

23-01-2015 / 11:40

Facebook pulsuz internet xidmətini genişləndirib.

Xeberler.az anspress-ə istinadən xəbər verir ki, ötən ildən başayan "İnternet.org" layihəsi artıq inkişaf etməmiş ölkələr üçün xidmət göstərməyə başlayıb. 

Facebookun təqdim etdiyi pulsuz internet ilk olaraq ötən il Zambiyada istifadəyə verilmişdi. Mark Zukerberq bu gün pulsuz internet xidmətinin Qanada təqdim olunduğunu açıqlayıb.

Ölkədəki mobil operator ilə razılaşan şirkət təhsil, səhiyyə, iş və ünsiyyət üçün lazım olan əsas saytlara pulsuz giriş imkanı təqdim edəcək.

Qana əhalisinin hazırda yalnız 12%-nin internetə qoşulduğunu deyən Mark Internet.org-un istifadəyə verilməsindən sonra bu rəqəmin daha da artacağına ümid etdiyini söyləyib. 

Qeyd edək ki, Qana Internet.org xidmətinin istifadə verildiyi beşinci ölkədir. Qanadan əvvəl isə Zambiya, Tanzaniya, Keniya və Kolumbiyada bu xidmət istifadə verilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə