Previous Next
Bağla

1 milyard insana pulsuz İnternet hədiyyəsi

15-05-2015 12:25
1 milyard insana pulsuz İnternet hədiyyəsi
"Facebook” şirkəti Malaviya Respublikasını "Internet.org” layihəsinə daxil etməklə Afrika ölkəsini əsas onlayn servislərə pulsuz çıxışla təmin edib.
 
Xəbərlər-in verdiyi məlumata görə, Malaviyada istifadəçilərin sayı nəzərə alınmaqla hazırda təşəbbüs sayəsində İnternetdən istifadə etmək imkanı əldə edənlərin sayı bir milyarda çatıb. 
 
Bu barədə şirkətin baş direktoru Mark Zuckerberg deyib. 
 
İnternetdən pulsuz istifadə xüsusi əlavə vasitəsilə "Wikipedia” və "Facebook”, eləcə də səhiyyə və işədüzəlmə ilə bağlı müxtəlif informasiya resurslarına təqdim edilir. Təşəbbüsün həyata keçirilməsi sosial şəbəkənin yerli "TNM” və "Airtel Malawi” operatorları ilə tərəfdaşlığı sayəsində mümkün olub. 
 
M.Zuckerberg layihə üzrə son statistikanı da açıqlayıb. Hazırda "Internet.org” Malaviya ilə yanaşı, daha 10 dövlətdə (Qvatemala, Kolumbiya, Qana, Zambiya, Tanzaniya, Keniya, Hindistan, Banqladeş, İndoneziya və Filippin) istifadəyə verilib. Təşəbbüs sayəsində ilk dəfə internetdən istifadə edənlərin sayı doqquz milyondan çox qiymətləndirilir, pulsuz olan xidmətlərin sayı isə yüzü ötüb. 
 
Bundan başqa, sosial şəbəkə təsisçisi gələcəkdə İnterneti havadan ötürəcək "Aquila” pilotsuz uçan aparatının layihə təsvirini və bir neçə texniki xüsusiyyətini nümayiş etdirib. Aparatın 40-80 kvadrat kilometr ərazini şəbəkə ilə əhatə edəcəyi nəzərdə tutulur. Onun qanadlarının eni 42 metr, uçuş hündürlüyü 18-27 km təşkil edəcək. 
 
"Internet.org” adlanan layihədə "Samsung Electronics”, "Qualcomm”, "Ericsson”, "Nokia”, "MediaTek” və "Opera Software” sirkətləri də iştirak edir və beləliklə, təşəbbüsü bazarın müxtəlif seqmentinin şirkətləri dəstəkləyir. 
 
"İnkişaf etməkdə olan ölkələrdə insanların internetə və biliklər iqtisadiyyatına qoşulması üçün çoxlu əngəllər var. "Interget.org” bu maneələrin dəf edilməsinə yönələn qlobal tərəfdaşlıqdır. Biz çalışacağıq ki, hazırda internetdən yararlanmaq imkanından məhrum olan insanları çıxışla təmin edək”, - deyə M.Zuckerberg bildirib.
 
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İnkişaf etməkdə olan ölkələrdə internetə qoşulmaq üçün əngəllər var”

29-10-2015

“Facebook” Avropanı pulsuz internetlə təmin edəcək

18-04-2015

Pilotsuz uçan aparatlar pulsuz İnternet verəcək

04-07-2015

İnternet pulsuz oldu

23-01-2015

Facebook pulsuz internet paylayacaq

31-03-2015

Facebook peyk internet layihəsinə başlayır

07-10-2015

Facebook işçilərinə verdiyi internetin sürətini azaldır - Qərar

29-10-2015

Facebook-un istifadəçi sayı 2 milyarda çatır

28-04-2016

“Facebook”un mobil istifadəçilərinin sayı 1,25 milyarda çatıb

23-04-2015

Facebook istifadəçilərinin nəzərinə

08-04-2015

Yeni “Opera Mini” brauzeri bir günə bir milyon dəfə yüklənib

06-05-2015

Zuckerberg pulsuz məktəb açır

26-10-2015

Facebook Afrikada ilk ofisini açıb

30-06-2015

Hindistanın dəmiryolu vağzallarında pulsuz Wi-Fi şəbəkəsi qurulacaq

02-10-2015

Facebook istifadəçiləri 2 milyarda çatdı

28-06-2017

İnternet televiziyanı öldürməyəcək

03-11-2008

Facebook-dan istifadə sayı açıqlandı

28-07-2016

Dədə Qorqud parkında pulsuz Wi-Fi aktiv edildi

05-10-2017

Qəbələdə İnternet xidmətlərindən istifadə edənlərin sayı artıb

23-07-2015

Mark Zuckerberg Roma Papasına maraqlı hədiyyə təqdim edib -Foto

30-08-2016

Zərərli proqram təminatı ilə mübarizə üçün layihə istifadəyə verilib

26-07-2016

Mark Zuckerberq İnternetin Gələcək 10 İlini Dəyərləndirdi

21-01-2015

Internet istifadəçilərinin sayı milyardı keçdi

26-01-2009

CavanNar tarifinə qoşul, 10 GB internet əldə et

12-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə