Previous Next
Bağla

Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

23-01-2017 11:06
Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin 2017-ci il üçün fəaliyyət planı müzakirə olunub.

Planı təqdim edən texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev bildirib ki, cari ildə rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi istiqamətində audio-video texnologiyaları və elektron tullantıların elmi və sosial-iqtisadi problemlərinin bir sıra aspektləri üzrə araşdırmalar davam etdiriləcək.

Belə ki, qeyd edilən problemlər üzrə “Azərbaycanda informasiya cəmiyyətinin audiovizual fəzalarının formalaşdırılmasının konseptual əsasları” və “Azərbaycanda elektron tullantıların idarə edilməsinin konseptual əsasları” mövzularında tədqiqat işlərinin aparılması planlaşdırılır.

B.Ağayev həmçinin “Çap qurğuları kartriclərinin təhlükəsiz doldurulması və utilizasiyası texnologiyasının işlənməsi. AMEA-da tətbiqi üçün layihənin işlənməsi” mövzusu üzrə araşdırmaların aparılacağını diqqətə çatdırıb.O, bu işin nəticələrinə görə, AMEA-nın bütün qurumlarında istifadə edilən müxtəlif tipli çap qurğularının kartriclərinin təhlükəsiz doldurulması və utilizasiyası məqsədilə xidmət sahəsinin təşkil edilməsinin planlaşdırıldığını deyib.

B.Ağayevin sözlərinə görə, elmi-innovasiya fəaliyyəti çərçivəsində yeni qrant layihələrinin hazırlanması və müsabiqələrdə iştirak, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi planlaşdırılır.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  audio-video texnologiyaları problemləri və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə aparılan tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Akademik bildiribki, hər iki istiqamət üzrə dünya təcrübəsi və qanunvericilik bazasının, yeni texnologiyaların öyrənilməsi zəruridir:

“E-dövlət mühitində hökumət-vətəndaş, hökumət-biznes, vətəndaş-biznes münasibətlərinin formalaşmasında mühüm rol oynayan audio-video texnologiyalarının tətbiqi də insanların həyat fəaliyyətinin yaxşılaşdırılması üçün olduqca əhəmiyyətlidir”.

Akademik həmçinin elektron tullantıların zərərli təsirləri barədə maarifləndirmə işlərinin aparılması və bu sahədə müvafiq qurumlarla birgə fəaliyyətin vacibliyini vurğulayıb.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016
 İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemləri tədqiq olunur

İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemləri tədqiq olunur

16-03-2023
“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016
İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

22-02-2016
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016
Texnoparkların idarə olunması üçün model və mexanizmlər  araşdırılır

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
Sosial medianın problemləri ilə bağlı  konfrans keçiriləcək

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

24-05-2016
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025
Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

03-02-2017
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016
E-təhsil mühitinin inkişafı müzakirə edilib

E-təhsil mühitinin inkişafı müzakirə edilib

02-12-2016
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı  ciddi problemlər var”

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018
Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023
Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

03-12-2024
Kompüter xidmətlərinin keyfiyyəti artırılır

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə