"Biz Azərbaycanda startaplara 300 min dollar yaxud 500 min manata qədər qrant, 7 milyon manata qədər isə kredit verə bilirik".
Xeberler.az bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli İranın Milli İnnovasiyalar Fondunun rəhbəri Əli Vəhdətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
T.Kərimli qeyd edib ki, Azərbaycan hökumətinin startaplar üçün yaratdığı imkanlardan İran şirkətləri də yararlana bilər: "Bildiyiniz kimi, bizim qonşularımız sanksiyalarla üzləşib. Amma biz bu prosesdə də neytral mövqe tutmuşuq. Əgər hər hansı şirkət bizim Yüksək texnologiyalar Parkında rezidentlik əldə edirlərsə, o zaman bir sıra vergi güzəştləri əldə edirlər. Həmçinin onlar buradan hər hansı məhsulu Rusiya, Ukrayna, Belarusa ixrac edərlərsə, yenə də gömrük rüsumlarından azad olunurlar. Bu gün Azərbaycan cogğafi baxımdan elə bir yerdə yerləşib ki, həm İran, həm Rusiya, həm Ukraina həm də digər şəhərlərdən maksimum 2,5 saata Bakıya uçmaq olar. Bu gün bir sıra ölkələr özlərini hab hesab edir, amma Bakı elə mövqedədir ki, bu onu real haba çevirir".
"Bu gün artıq İsrail anlayır ki, startaplar üçün ərəb investorlardan sərmayə cəlb edə bilməz. Ona görə də, startaplarını Azərbaycanda qeydiyyatdan keçirməyə başlayıb”- deyə Tural Kərimli qeyd edib.
“Mən ötən gün bir Rusiya şirkəti ilə danışırdım. Onlar iddia edirdi ki, hazırladıqları məhsul dünya bazarında "Oracle"ın rəqibidir. Amma sanksiya ilə üzləşən Rusiyada olduqları üçün beynəlxalq investisiyaları cəlb edə bilmirlər. Mən də bildirdim ki, onlar Rusiyada işlərini davam etdirə bilərlər, eyni zamanda Azərbaycanda da qeydiyyatdan keçməklə investisiya cəlb edə bilərlər.
Bu ay 3 İsrail, 3 Ukrayna və 3 Rusiya startapı Azərbaycanda qeydiyyatdan keçib.
Başqa bir misal da deyim ki, bir ABŞ şirkəti var, İranla əməkdaşlıq etmək istəyir. Bu səbəbdən də burada qeydiyyatdan keçib, öz məhsullarını adaptasiya edib İrana satmaq istəyir. Həmişə olduğu kimi yenə demək istəyirəm ki, siyasət sərhəd tanıyır, ticarət isə yox".
Agentlik rəhbəri Ukrayna startapının Azərbaycandan 2 milyon dollar investisiya istədiyini də açıqlayıb: "Biz çox qısa müddətdə, təxminən 2 gün müddətində onları yoxladıq. Artıq onlar 17 milyon dollar investisiya cəlb ediblər, bizdən də 2 milyon dollar istəyirlər. Bu səbəbdən də biz əməkdaşlarımızı Kiyevə yola salmağa hazırlaşırıq".
Xatırladaq ki, İnnovasiyalar həftəsi çərçivəsində baş tutan səfərdə İranın yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 50 şirkətin nümayəndəsi Bakıya gəlib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri