İRİA ilə “Telecom Italia” arasında Anlaşma Memorandumu imzalanıb

19-03-2025 / 17:24

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İtaliyanın telekommunikasiya və texnologiya sektorunda aparıcı şirkəti olan “Telecom Italia” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az bildirir ki, iki qurum arasında baş tutan görüşlərdə əməkdaşlığın müxtəlif perspektivləri, xüsusilə də italyan texnologiya şirkətinin Azərbaycan bazarında potensialı müzakirə edilib. Həmçinin əməkdaşlıq çərçivəsində layihələrin effektiv idarə edilməsi məqsədilə rəhbər komitə də təsis edilib.

İRİA-nın sədr müşaviri Salar İmaməliyev bu tərəfdaşlığın Azərbaycanda rəqəmsal transformasiyanın inkişafına töhfə baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə iştirak edən “Telecom Italia” şirkətinin ictimaiyyətlə əlaqələr, təhlükəsizlik və beynəlxalq biznes üzrə rəhbəri Eugenio Santagata tərəfdaşlığın strateji cəhətdən yüksək dəyər kəsb etdiyini vurğulayıb.

Memorandum Agentliyimizin sədr müşaviri Salar İmaməliyev və “Telecom Italia” şirkətinin ictimaiyyətlə əlaqələr, təhlükəsizlik və beynəlxalq biznes üzrə rəhbəri Eugenio Santagata tərəfindən imzalanıb.

İmzalanma mərasimində, hər iki qurumun rəhbər heyəti, həmçinin İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko da iştirak edib. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə