İRİA “mygov”la bağlı yeni videoçarx təqdim edib

17-02-2026 / 13:06

İnnovasiya və Rəqəmsal İnkişaf Agentıiyi “mygov” platforması ilə bağlı yeni videoçarxını ictimaiyyətə təqdim edib. Yeni çarxın əsas mesajı “mygov ilə sənədlərim hər zaman üstümdə”-dir.

Xeberler.az bildirir ki, videoçarxda vətəndaşların gündəlik həyatında qarşılaşdıqları müxtəlif situasiyalar fonunda rəqəmsal sənədlərin üstünlükləri nümayiş olunur. Bildirilir ki, artıq sənədləri fiziki formada daşımağa, kağız toplusuna və ya uzun növbələrdə gözləməyə ehtiyac yoxdur. Əsas dövlət sənədləri və xidmətləri bir neçə kliklə əlçatandır. Çarx vasitəsilə “mygov” platformasının təqdim etdiyi imkanlar, sənədlərə operativ çıxış, təhlükəsiz saxlanma və sürətli təqdimetmə ön plana çəkilir. Rəqəmsal həllər sayəsində vətəndaşlar vaxt itkisinin qarşısını alır, proseslər isə daha çevik və rahat şəkildə həyata keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə əsas diqqəti dövlət xidmətlərinin vahid mərkəzdə birləşdirilməsinin vacibliyinə yönəldib. Prezident vurğulayıb ki, son illər müxtəlif qurumlar tərəfindən çoxsaylı platforma və tətbiqlər yaradılsa da, artıq bu xidmətlər koordinasiyalı şəkildə və tək mərkəzdən təqdim olunmalıdır. Onun sözlərinə görə, dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməli, mövcud platformalar isə mərhələli şəkildə vahid sistemdə birləşdirilməlidir.Əsas məqsəd vətəndaşa lazım olan bütün xidmətlərin bir ünvandan, daha rahat, operativ və səmərəli şəkildə təqdim edilməsidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə