Previous Next
Bağla

İsveçrə Milli Elm Fondundan Azərbaycan ixtiraçıları üçün qrantlar

17-06-2015 14:50
İsveçrə Milli Elm Fondundan Azərbaycan ixtiraçıları üçün qrantlar

İsveçrə Milli Elm Fondu, İsveçrə və Şərqi Avropa arasında elmi əməkdaşlıq layihəsi çərçivəsində, gələn il İsveçrənin Cenevrə şəhərində keçiriləcək Augmented Human 2016 elmi konfransında iştirak üçün səfər qrantları ayırır.

Bu məlumatı Xeberler.az-a konfransın təşkilat komitəsinin üzvü, hazırda Cenevrə universitetində elmi tədqiqat ilə məşğul olan həmyerlimiz Emin Hüseynov bildirib.

Qeyd edək ki, Augmented Human konfransı artıq yeddinci dəfədir keçirilir.

Konfransın əsas mövzusu texnologiyanın köməyi ilə insan imkanlarının genişləndirməsidir. Bu sahəyə virtual reallıq (virtual realty), geyilən texnologiyalar (wearable computing), texnologiya imkanları ilə genişləndirilmiş idman (augmented sports) və digər mövzular aiddir.

Konfrasda iştirak üçün texnologiyanın köməyi ilə insan imkanlarının genişləndirməsi mövzusunda elmi məqalələrin təqdim olunması mütləqdir.

Məqalələr aşağıdakı kateqoriyalarda təqdim oluna bilər:

1. Tam mətnli məqalələr – 8 səhifə

2. Qısa məqalələr: 4 səhifə

3. Nümayiş layihələri: 2 səhifə və konfransda nümayiş stendi

4. Plakatlar: 2 səhifə və konfransda plakatların yerləşdirilməsi

5. Tələbə müsabiqəsi 

Konfransa qəbul olunan məqalələrin müəlliflərinin İsveçrəyə səfər xərclərinin İsveçrə və Şərqi Avropa arasında elmi əməkdaşlıq layihəsi çərçivəsində verilən qrantlardan ödənilməsi imkanı mövcuddur.

Layihədə Azərbaycan ixtiraçıları üçün verilən qrantların maksimal məbləğı 2000 isveçrə frankı təşkil edəcək (bir nəfər üçün).

Maraqlananlar , daha ətraflı məlumat üçün konfransın rəsmi saytına  və ya  emin (a) huseynov. com elektron ünvanına müraciət edə bilərlər.

 

 Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İsveçrə frankı rəqəmsallaşır

08-04-2026

Azərbaycan qlobal innovasiyalar reytinqində mövqeyini yaxşılaşdırıb

20-09-2021

Beynəlxalq Astronavtika Konqresinə rekord sayda elmi iş təqdim olunub

16-03-2023

AzScienceNet-in biznes modeli beynəlxalq konfransda müzakirə olunub

30-01-2017

İstifadəçilər virtual səyahət edəcəklər

19-06-2015

"Regional İnkişaf-Rəqəmsal İqtisadiyyat" mövzusunda 2-ci Beynəlxalq elmi praktik konfransı keçirilib

21-12-2023

Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

02-05-2016

Elmi innovasiyalar üzrə konfrans keçirilib

07-05-2018

AzTU-da II beynəlxalq elmi-praktiki konfrans keçirilir

05-12-2023

Ölkədə ilk dəfə çoxfaktorlu autentifikasiya ilə bağlı tədbir keçiriləcək

09-07-2023

Azercell beynəlxalq mükafata layiq görülüb

17-07-2017

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015

“Yaşıl şəbəkə: elmi innovasiya platforması” layihəsinin açılışı olub

23-10-2025

Tokio Milli İnformatika İnstitutundan Azərbaycan aliminə əməkdaşlıq təklif edilib

01-07-2025

Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisinə kömək edəcək

10-10-2023

Süni intellektin universitetlər və elmi-tədqiqat institutları üçün yaratdığı imkanlar müzakirə olunub

10-07-2025

STEM yeni konfrans keçirəcək

14-06-2018

Azərbaycan nümayəndəsi beynəlxalq elmi-texniki konfransda iştirak edir

21-05-2009

“I Beynəlxalq Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar" konfransı keçirilib

23-11-2024

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının ilk buraxılışı hazırlanır

23-11-2018

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024

İqtisad Universiteti Belarus Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

21-10-2015

TWAS müstəqil beynəlxalq təşkilatı gənc alimlərə qrant elmi-tədqiqat proqramını təklif edir

21-05-2009

“Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir

29-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə