“IT SkillsBridge” təcrübə proqramına qeydiyyat başlayır

11-06-2025 / 15:29

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Andersen” qlobal IT şirkətinin birgə əməkdaşlığı çərçivəsində “IT SkillsBridge” təcrübə proqramına qeydiyyat başlayır.

Xeberler.az məlumat verir ki, bir il davam edəcək proqramın ilk 3 ayında Java, QA və Sistem Təhlili üzrə beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən təkmilləşdirici təlimlər keçiriləcək. Növbəti 6 ay ərzində iştirakçılar real layihə tapşırıqları üzərində işləyəcək və komandada əməkdaşlıq bacarıqlarını praktiki simulyasiya mühitində inkişaf etdirəcəklər. Son 3 ayda isə iştirakçılar real layihələrdə birbaşa iştirak edərək təcrübə qazanacaqlar.

Qeyd edək ki, bütün mərhələlərdə iştirakçılar ödənişlə təmin olunacaqlar. Yüksək nəticə və fəallıq göstərən məzunlara “Andersen”də karyeraya başlamaq imkanı təklif oluna bilər.

Proqrama Bakı şəhərində yaşayan, yaxşı səviyyədə (upper-intermediate) ingilis dili, Java, QA və Sistem Təhlili üzrə nəzəri biliklərə malik universitet məzunları müraciət edə bilərlər.

Qeyd edək ki, müraciətçilərin şəxsi kompüterləri olmalı və proqramda iştirak üçün həftədə 40 saatadək vaxt ayıra bilməlidirlər.

Proqrama qeydiyyat iyunun 30-da yekunlaşacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə