Previous Next
Bağla

IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri keçirilib

19-02-2026 15:27
IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən icra olunan “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil edilib.
 
Xeberler.az bildirir ki, məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqidir. Eyni zamanda tələbələrin innovativ ideyalarının inkişafına şərait yaradılması və onların ixtiraçılıq, startap fəaliyyətinə istiqamətləndirilməsi əsas prioritetlərdəndir.
 
Tədbirdə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ölkəmizdəki ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
 
Tədbir çərçivəsində Dövlət Agentliyi ilə layihəyə yeni qoşulan Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət Gömrük Komitəsinin  Akademiyası arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.
 
Sonra qonaqlar startap komandalarının layihələri ilə tanış olublar.
 
Tədbirdə rəsmilərin çıxışları dinlənilib, layihə çərçivəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş etdirilib.
 
IV “TUSİ” inkubasiya proqramını uğurla başa vuran 16 startap komandası layihələrini təqdim edib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ən yaxşı 3 layihəyə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olmaq imkanı yaradılıb. I yerin qalibi isə “Take Off İstanbul” startap sammitində iştirak hüququ qazanıb.
 
Tədbir zamanı növbəti - V “TUSİ” inkubasiya proqramı barədə ətraflı məlumat verilib. Proqram 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlimlər vasitəsilə iştirakçılara startapın qurulması, ideyaların sistemli şəkildə inkişafı və innovasiya ekosisteminə inteqrasiyası istiqamətində geniş imkanlar yaradır.
 
2021-ci ildən bu günədək layihə çərçivəsində 15 ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub, 3 mindən çox tələbə tərəfindən 300-dən artıq startap ideyası təqdim olunub. Universitetlərdə hazırlanmış 130-dan çox mentorun dəstəyi ilə 29 startap komandası formalaşdırılıb və “Demo Day” tədbirlərində layihələrini təqdim edib. “Gələcək Üçün Bacarıqlar” layihəsi çərçivəsində indiyədək formalaşmış 4 startap tərəfindən ümumilikdə 310 000 AZN həcmində investisiya cəlb olunub.
 
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

05-03-2026

“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

24-01-2025

AzTU tələbələrinin startap layihəsi qalib oldu

07-07-2023

INNOLAND-də növbəti Demo Day təşkil olunub

21-01-2020

Agentlik Sədri: "İNNOLAND" 300-dən çox startap formalaşdırıb

19-02-2026

IV “TUSİ” inkubasiya proqramına start verilib

07-04-2025

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

Azərbaycanda Startap günləri layihəsinə start verilib

08-04-2019

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində AZİNNEX üzvləri ilə görüş keçirilib

08-04-2021

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026

BMU-da infosessiya:“Gələcək üçün bacarıqlar”

21-12-2023

ASAN xidmət yeni inkubasiya mərkəzi yaradır-Müsabiqə

16-05-2018

BP Azərbaycanda startap proqramına 82 min manat xərcləyib

06-07-2023

“INNOLAND”in rezidenti olan “Nextsale” startapını ABŞ şirkəti satın alıb

09-02-2022

INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

10-01-2019

“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

12-01-2026

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

15-12-2025

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025

Yeni Fikir VI startap müsabiqəsinə yekun vurulur

05-07-2019

"İnnovasiyalar Mərkəzi"nin nümayəndə heyəti "Mərkəzi Avrasiya Startap Sammiti"ndə iştirak edib

19-04-2022

Yeni startap layihələri təqdim olunub

20-02-2024

Hackathon Şamaxı uğurla başa çatdı

13-02-2020

“INNOLAND”də oyun tərtibatçıları üçün “Demo day” keçirilib

11-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə