Oktyabrın 9-da Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə Azərbaycanda təhsil sahəsində təşkil olunan yeganə tədbir IX Azərbaycan beynəlxalq“Təhsil” sərgisi öz işinə başlayıb.
Xeberler.az bildirir ki, sərgidə dünyanın 16 ölkəsindən 124 müəssisə iştirak edir. İştirakçıların sırasında Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnoloji Universiteti (Gəncə), İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Gəncə Dövlət Universiteti, CELT Colleges, F-Group Academy və digər təhsil müəssisləri iştirak edib.
Sərgidə universitetlər turizm, robot texnikası, informasiya texnologiyaları, texniki təhsil (mühəndislik) və istehsalın avtomatlaşdırılması prosesesləri sahəsində təkliflərlə çıxış ediblər.
“Biznes və marketinq”, “İnformatika və kompüter texnologiyaları” və biotexnologiyalar ixtisası ilə təmsil olunan “Tibb təhsili” ixtisasları geniş təqdim olunub. “Təhsil” sərgisində metallurgiya, təbii sərvətlərin idarə olunması, mühafizəsi, həndəsə və hərbi texnologiyalar fakültələri təqdim olunur.
Bu il “Təhsil müəssisələri üçün müasir avadanlıq” sektoru da diqqət mərkəzində olacaq. Təhsil prosesini asanlaşdıran yeni İT texnologiyaları sərgidə Lukas-Nuelle və SINAM şirkətləri tərəfindən təqdim olunur.
ITE ( İnnovative Technologies in Education) şirkətləri və digər şirkətlər isə interaktiv yazı lövhələri, orta və ali təhsil müəssisələri üçün kompüterlər, laboratoriya avadanlıqlarını nümayiş etdirəcəklər.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri