Bugün (20 may) Azad Fikir Universitetində (AFU) amerikalı yazar Mark Briqs-in “Jurnalistika
Xəbərlər.az-ın məlumatına görə, tədbiri giriş sözüylə ABŞ səfirliyinin nümayəndəsi açıb. Sonra isə söz müəllifə verilib. Briqs online jurnalistika haqqında məlumat verib, Facebook, Twitter kimi sosial şəbəkələrin faydasından, blogların üstünlüklərindən danışıb. Müəllif ABŞ-da jurnalistlərin auditoriyanı cəlb etmək üçün hansı texnologiyalardan istifadə etdikləri barədə söhbət açıb.
Ardınca isə Azərbaycan İnternet Forumun (AİF) prezidenti, kitabın redaktoru Osman Gündüz söz alaraq Jurnalistika 2.0 kitabı haqda fikirlərini söyləyib Bizim istifadə etdiyimiz jurnalistika artıq köhnəlib, yeni texnologiyalardan istifadə etmək lazımdır. Xəbəri hadisə yerindən bir başa redaksiyaya çatdırmaq imkanları yaranıb, bu da kitabda öz əksini tapıb. İnanıram ki, bu kitab jurnalistika fakültəsinin tələbələrinin və jurnalistikaya yeni gələnlərin stolüstü kitabı olacaq.
Tədbir jurnalistlərin sualları ilə davam edib. Sonda isə müəllif qonaqlara imzalı kitabını hədiyyə edib.
Xatırladaq ki, kitabın redaktoru Osman Gündüz, tərcüməçisi isə Azər Həsrətdir. "Jurnalistika 2.0 kitabı" 1038 tirajla çap olunub.
Hacıbəy Heydərli Xəbərlər.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri