Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində “Mediada peşəkarlıq” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Zurab Jvaniya adına Gürcüstan İctimai Əlaqələr İnstitutunun və Fransanın Lili Jurnalisika Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə media ekspertləri, Fransa, Türkiyə,Ukrayna, Azərbaycan, Polşa, Əlcəzair, Rumıniya və Ermənistandan gəlmiş nümayəndələr və Gürcüstanda fəaliyyət göstərən KİV təşkilatlarının təcrübəli jurnalistləri iştirak ediblər.
Tədbirdə Zurab Jvaniya adına Gürcüstan İctimai Əlaqələr İnstitutunun dekanı Maya Mikaşavidze və Fransanın Lili Jurnalistika Universitetinin departament direktoru İv Renar giriş nitqi söyləyiblər. Mövzu ilə əlaqədar aparılan müzakirələrdə Avropa İttifaqının layihə üzrə məsləhətçisi Florens Marşal, Buxarest Universitetinin jurnalistika fakültəsinin dekanı Mixay Koman, “İmedi” teleşirkətinin baş prodüsseri David Qoqiçaişvili, Varşava Universitetinin nümayəndəsi Kristov Urbanoviç, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Qafqaz Universitetinin jurnalistika və mediya menecmenliyi fakültəsinin dekanı Liya Çoxunaşvili və başqaları çıxış ediblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri