“Jurnalistika terminləri lüğəti” kitabının təqdimatı keçirildi –Foto

20-07-2016 / 16:08

Bu gün Qulu Məhərrəmlinin "Jurnalistika terminləri lüğəti"  kitabının təqdimatı keçirilib. Tədbirdə media ictimaiyyəti, elm adamları və bir çox tanınmış redaktorlar iştirak edib.

Xeberler.az-ın məlumatına görə,  professor Şirməmməd Hüseynov, Turan informasiya agentliyinin rəhbəri Mehman Əliyev, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev,  nəşrini dayandıran "Ayna" qəzetinin Elçin Şıxlı, Qanun nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu, "Yeni Müsavat" qəzetinin redaktoru Rauf Arifoğlu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid,  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və digərləri də tədbirdə  iştirak edərək müəllifi təbrik ediblər. 

Tədbirdə həmçinin lüğətin azleks.az saytındakı onlayn versiyası da  təqdim edilib və saytın iş prinsipləri iştirakçılara izah olunub.

Qulu Məhərrəmli kitabın onlayn versiyasının mütəmadi olaraq yenilənəcəyini də qeyd edib və bu istiqamətlərdə təklif və iradlara açıq olduqlarını bildirib. 

Professor Şirməmməd Hüseynov jurnalistikanın peşə olmaqla yanaşı həm də bir elm  olduğunu bildirdi və bu sahədə araşdırmalar aparılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, kitabın tərtibçiləri Qulu Məhərrəmli və Elçin Şıxlıdır. Redaktor isə Arif Əliyevdir. 

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə