“Jurnalistlərin peşə davranışı qaydaları”nın yeni variantı təqdim olundu

07-09-2010 / 13:16

Bu gün Bakıda “Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda konfrans keçirilib. ATƏT və Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə “Jurnalistlərin peşə davranışı qaydaları”nın yeni variantı təqdim olunub. Daha çox çap və internet mətuatı üçün nəzərdə tutulmuş və jurnalistlərin peşə kodeksi adlandırılan sənədin məqsədi jurnalistlərin təcrübəsini institusional səviyyədə təkmilləşdirmək və media mənsublarının gündəlik fəaliyyətində etik standartların tətbiqini təşviq etməkdir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin yeni hazırlanmış bu kodeks çərçivəsində fəaliyyət göstərmələrinin həm onların özləri üçün sərfəli olduğunu, həm də bir növ Mətbuat Şurasının işini asanlaşdıracağını bildirib.

Onun sözlərinə görə, kodeks 4 prinsipdən ibarətdir: “Kodeksdə həqiqətə xidmət, dəqiqlik və obyektivlik, informasiya qaynaqlarına sayğılı yanaşma var. Bu, jurnalistələr üçün çox vacib bir prinsipdir. Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı və 4-cü prinsip jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunmasıdır ki, bu da jurunalist üçün çox vacib məsələlərdən biridir”.


ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel isə hələ qarşıda bir çox problemlərin mövcud olduğunu bildirib: “Bu problemlərin bir dəfəyə həll edilməsi mümkün deyil. Bunun üçün müəyyən vaxt tələb olunur. Həll edilməli olan məsələlərin azlığından, ya da çoxluğundan asılı olmayaraq təməl baza formalaşmalıdır. Düşünürəm ki, bu layihənin həyata keçirilməsi addım-addım gerçəkləşəcək. Ən əsası isə ideya media mənsublarının istəyəcəyi halda reallaşacaq. Onlar istəməzsə olmayacaq”.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə