"Azəbaycanda İT sahəsi bir bir az nəzarətsizdir”.
Xeberler.az-ın məlumatına görə, bu barədə AzVision.az-a müsahibəsində İT sektorunda məşhur ekspert, Oracle Verilənlər Bazısı üzrə dünyada 10 mütəxəssisdən biri, Azərbaycan Oracle İstifadəçilər Qrupunun (AzerOUG) prezidenti Kamran Ağayev deyib.
Kamran Ağayev ölkəmizdə İT-nin inkişafı istiqamətindəki problemlərdən danışarkən deyib ki, indiyə qədər heç kəs mənimlə maraqlanmayıb ki, gənclər üçün nəsə etsin:
“Bu sahə bir az nəzarətsizdir. Bütün mütəxəssislərimizin xaricə getməsi buna sübutdur. Kimsə buna nəzarət etməlidir. İndiyə qədər heç kəs mənimlə maraqlanmayıb ki, gənclər üçün nəsə edim. Bu, onlara maraqlı deyil. Amma mən özüm nələrsə etmişəm. Dünyada ən tanınmış müxtəxəssisləri Azərbaycana gətirmişəm. Buna görə mənə heç kəs təşəkkür etməyib. Heç buna ehtiyacım da yoxdur”.
İT mütəxssəsis onu da bildirib ki, hazırda çox ciddi proqramlar yaratmaqla bağlı hədəfləri var:
“Həmin proqramlar dünyaya səs salacaq. Hazırlayıram”.
Kamran Ağayevin həyat və faəliyətləri barədə bir müddət əvvəl saytımızda yayımlanan müsahibədən də ətraflı məlumat ala bilərsiniz.
Onu da qeyd edək ki, K.Ağayevin yeni yazıb, nəşr etirdiyi Oracle Certified Master 11g imtahanına hazırlıq kitabı dünyada maraqla qarşılanır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri