Previous Next
Bağla

Spamların yayılmasına görə ABŞ və Almaniya liderdir

17-05-2010 12:01
Spamların yayılmasına görə ABŞ və Almaniya liderdir

“Kasperski Laboratoriyası”nın məlumatlarına görə  aprel ayında spamın orta payı 83% təşkil edib. Ən az spam (79%) 20 apreldə, ən çox spam isə 18 apreldə qeydə alınmışdır. (89,8%).

 

Spamların yayılmasında yenidən ABŞ və Almaniya liderlik edir, lakin mart ayı ilə müqayisədə Amerika spamı 2,4% azalıb və 12,3% olmuşdur. Üçüncü yerdə Hindistan (11,7%), ondan sonra isə Vyetnam(11,6) ölkəsidir. “Kasperskiy Laboratoriyası”nda zənn edirlər ki, əgər bu ölkələrdən yayılan spamlar artmağa davam edərsə ABŞ-ı geridə qoya bilərlər. Sonrakı yerləri isə İtaliya (4,4%) və Rusiya (4,2%) tutur.

 

 Keçən ayla müqayisədə spamların mövzularında elə də ciddi dəyişikliklər müşahidə edilməmişdir. Tətilin və məzuniyyətlərin yaxınlaşması səbəbi ilə səyahət reklamları ilk yerdə durur və 21,1% təşkil edir. İkinci yerdə müxtəlif kurslar və seminarlar haqqında(19,6%) spamlar gəlir. Tibblə bağlı spamlar üçüncü yerə düşmüş (13,7%,), ondan sonra isə komputer fırıldaqçıları(7,8%) və elit məhsullarına qarşı etiraz reklamlarıdır (7,0).

 

Apreldə zərərli fayl e-mailləri 1,24% təşkil edib, bu da ötən aya nisbətən 0,74% daha çox olub.

E-mail vasitəsilə ən çox yayılmış ziyanverici proqramların siyahısı:

                                   

 

Artıq birinci ay deyil ki, e-maildə ziyanverici proqramlar arasında Trojan-Spy.HTML.Fraud.gen. liderlik edir. Onun əsas funksiyası şəxsi qeydiyyat məlumatlarını toplamaqdır. Əvvəlki kimi Trojanların 45%-i  Böyük Britaniyanın payına düşür. Trojan-Spy.HTML.Fraud.gen ziyanvericisi olan daha 11% elektron məktub ABŞ-da yayılmışdır.

 

Aprel ayının onluğunda bu yeddi ziyanverici əsasən saxta antiviruslardan ibarətdir:  Trojan.Win32.Small.acdp, Trojan.Win32.Sasfis.akzx, Trojan-Downloader.Win32.Agent.dkld, Trojan-Dropper.Win32.Agent.bveu, Trojan.Win32.Sasfis.albj istifadəçinin komputerinə ziyanverici proqramlar yükləyirlər hansı ki, öz növbəsində onlar da komputerə saxta anti-viruslar yükləyirlər.

 

Onluğun 8-ci yerini Trojan-Dropper.Win32.Agent. “porno dropper” virusları tutur. Proqramı yükləyəndə pornoqrafik şəkillər açılır və komputerə digər ziyanverici proqramlar yükləyir.

 

Bundan başqa “Kaperski Laboratoriyası”tərəfindən müəyyən edilmiş saxta antiviruslar “təmiz” halda yayılmışdır. Belə ki, 24-cü yerdə olan Trojan.Win32.FakeAV.jo əsl antivirus şəklində yayılmışdır, guya ki, Microsoft kompaniyası tərəfindən  Conficker’a (Kido) qurdunu təmizləmək üçün məsləhət görülüb.

 

Ümumiyyətlə yayılmış ziyanvericilərin 60%-i Trojan.Win32.FakeAV ailəsinə daxildir, Almaniya, Niderland, Fransa və Böyük Britaniya ABŞ, Yaponiya kimi ölkələrdən gəlir. Bu onunla izah edilir ki, inkişaf etmiş ölkələrdə komputerin təhlükəsizliyinə inkişaf etməkdə olan ölkələrdən daha çox diqqət yetirilir. İnkişaf etməkdə olan regionlarda komputer fırıldaqçılarına insanları aldadaraq saxta anti-virus yükləməyə inandırmaq daha asan olur..

 

E-mail vasitəsilə ən çox ziyanverici məktublar alan ölkələrin reytinqi aşağıdakı kimidir.

                                        

 

Göründüyü kimi liderlər sırasında inkişaf etmiş ölkələr yer tutur. “Kasperski Laboratoriyası”nın mütəxəssislərinin fikrincə səbəb odur ki,  fırıldaqçılar üçün inkişaf etmiş ölkələrdəki istifadəçilərə  hücum təşkil etməklə pul qazanmaq ehtimalı daha çoxdur. Çünki, demək olar ki, hər kəsin bank hesabı və kredit kartı var.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ziyanverici proqramların 2009-cu ilin fevral ayı üçün reytinqi

04-03-2009

Antivirus: Trojan Remover v.6.7.3 Build 2548

10-10-2008

Ən çox veb-hücumlara məruz qalan ölkələr hansılardır?

15-11-2013

Rusiya SPAM sahəsində lider oldu

05-02-2009

“Kasperskiy laboratoriyası” avqust ayı üzrə zərərli proqramların reytinqini açıqladı

02-09-2008

“Kasperskiy laboratoriyası” spamların artdığını bildirib

14-10-2008

Antivirus - Anti Trojan Elite v.4.3.1 yenilənib

30-01-2009

Oktyabr ayında ən çox yayılan virusların adı açıqlanıb

23-11-2009

Təhlükəli virus aşkarlanıb-Nazirlikdən xəbərdarlıq

25-10-2017

Yeni zərərli proqram aşkar edilib

11-05-2018

Firefox istifadəçilərinin diqqətinə

12-10-2010

Kaspersky-dən virus xəbərdarlığı

04-09-2009

Kompüter viruslarının ömrü 24 saat olur

19-08-2009

İyul ayında spam az olub

19-08-2008

Dünyada pərakəndə onlayn ticarətin ortaillik artım tempi 17 faiz təşkil edib

20-11-2013

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021

Mİcrosoft saxta təhlükəsizlik proqramlarına qarşı...

25-11-2008

Virus və spamların qaynağı hansı ölkələrdir?

08-09-2009

Google axtarış sistemləri sahəsində liderdir

19-09-2008

Spamlar elektron poçtun ilk hərfindən asılıdır

03-09-2008

Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib

14-10-2015

İlin əvvəlində spamların sayı kəskin artıb

16-05-2016

Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib

11-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə