Previous Next
Bağla

Kaspersky Lab rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

08-05-2019 13:15
Kaspersky Lab rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

Gizlin online-mağaza cinayətkarlara maliyyə fırıldaqçılığından müdafiə sistemindən gizlənməyə imkan verir.

Xeberler.az bildirir ki, "Kaspersky Lab" 2019-cu ilin fevral ayında “Genesis”online-mağazasını aşkarladı. Bu mağazada qiyməti 5 min dollardan 200 min dollara qədər olan 60 000-dən çox oğurlanmış rəqəmsal şəxsiyyətlər, həmçinin, online-mağaza və ödəniş xidmətləri üçün login və parollar satılır. Bu vasitələrlə cinayətkarlar çox asan onlayn fırıldaqçılıq ilə mübarizə sistemlərini aldada, real istifadəçilər hesabına daxil ola, eləcə də, banklarda şübhə yaratmadan əməliyyatlar apara bilir. Adətən müştəri online-əməliyyat üçün lazım olan məlumatlari daxil etdikdə, sistem yalnız onların düzgünlüyünü yoxlamır, eyni zamanda real sahibi ilə əlaqəli olduğundan əmin olmaq üçün unikal rəqəmsal profillə müqayisə edir. Məlumatların uyğun olub-olmamasından asılı olaraq, əməliyyat təsdiqlənir, ləğv edilir və ya əlavə təhlil üçün göndərilir. Rəqəmsal şəxsiyyət yalnız şəxsin istifadə etdiyi qurğu və brauzerlərdə qoyduğu iz deyil (ekran və əməliyyat sistemi haqqında məlumatlar, saat qurşağı, başlıqlar, brauzerin serverə göndərdiyi başlıqlar, quraşdırılmış plaginlər, pəncərənin ölçüsü və s.), burada həmçinin geniş təhlil və alqoritmlər, eləcə də, “cookie” fayllar və istifadəçinin rəqəmsal vərdişləri əsasında toplanmış məlumatlar toplanır.

Rəqəmsal şəxsiyyət oğurluq və xüsusi vasitələrin köməyilə sıfırdan yaradıla bilər. “Kaspersky Lab”-in araşdırmalarına görə, cinayətkarlar bu üsulları maliyyə fırıldaqçılığından qorunma həllərini aldatmaq üçün fəal şəkildə istifadə edirlər. Şirkətin mütəxəssisləri yalnız “Genesis” gizli online-mağaza yox, həm də, quraşdırılmış rəqəmsal iz generatoru olan “Tenebris” brauzerini aşkarlayıblar. Bunları istifadə edərək, cinayətkarlar istifadəçinin şəbəkə fəaliyyətini brauzer və proksi serverində təkrarlayır, sonra onun hesabına daxil olur və onun adından online-əməliyyatlar aparırlar.

"Son zamanlar ödəniş kartları ilə fırıldaqçılıq halları artıb. Maliyyə təşkilatları bu hallarla mübarizə aparmaq üçün fəal yatırımlar edirlər, lakin rəqəmsal profilin hakerlər tərəfindən oğurlandığını və istifadə edildiyini müəyyən etmək asan deyil. Bu halların yayılmasının qarşısını almaq üçün bu cür qara bazarları aradan qaldırmaq lazımdır. Bu səbəbdən, dünyada bütün hüquq-mühafizə orqanlarınını bu problemə xüsusi diqqət yetirməsinə və mübarizə aparmsına çağırırıq ", - bunu “Kaspersky Lab”-in baş antivirus mütəxəssisi Sergey Lojkin bildirib.

Maliyyə fırıldaqçılığına qarşı tədbir kimi “Kaspersky Lab” şirkətlərə aşağıdakıları təklif edir:

- şəxsiyyətin təstiqlənməsinin hər mərhələsində çoxfunksiyalı identifikasiya aparmaq;
- şəxsiyyəti təstiq etmək üçün əlavə vasitələr tətbiq etmək, məsələn - biometrik məlumatların yoxlanması;
- istifadəçinin davranışını öyrənmək üçün ən qabaqcıl analitik vasitələrdən istifadə etmək;
- SİEM və digər təhlükəsizliyə nəzarət sistemlərini kiber risklər haqqında ən son məlumatları almaq və mümkün hücumlara hazır olmaq üçün təhdidlər barədə daim məlumat axıni ilə təmin etmək.

Bu təhlükə haqqında daha ətraflı məlumatı https://securelist.com/digital-doppelgangers/90378/ ünvanından əldə edə bilərsiniz.

“Genesis” qara bazarı haqqında ilk məlumat Sinqapurda keçirilmiş “Security Analyst Summit 2019” Sammitində açıqlanmışdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab onlayn fırıldaqçılığın qarşısını alacaq

13-06-2018

Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

15-08-2019

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Bankomatlar üçün yeni kiber təhlükə

20-10-2016

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

17-08-2018

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

Kaspersky Lab məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb

03-05-2019

Hansı sosial şəbəkə daha təhlükəsizdir?-Araşdırma

04-11-2017

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018

“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017

Kaspersky kriptovalyuta platformasının saxta əməliyyatlara qarşı qoruyur

30-06-2020

Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

04-07-2019

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019

“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

20-09-2019

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısı alınıb

12-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə