Previous Next
Bağla

Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

02-08-2018 12:12
Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

Ən mürəkkəb müdafiə sistemləri maliyyə təşkilatları, həmçinin, sənaye və telekommunikasiya kimi sahələrində kritik infrastruktur obyektlərində istifadə olunmalıdır.

Xeberler.az məlumat verir ki, bunu Kaspersky Lab şirkətinin Azərbaycanda rəsmi təmsilçisi Müşviq Məmmədov deyib.

Onun sözlərinə görə, maliyyə təşkilatları digərlərindən fərqli olaraq daha çox hücuma məruz qalırlar, məhz ona görə onların ixtisaslaşdırılmış müdafiəyə daha çox ehtiyacları var.

Belə ki, kibertəhlükəsizliyin adaptiv strategiyası şirkətlərin etibarlı müdafiəsini təmin edəcək. Bu anlayış məqsədli hücumların müəyyənləşdirilməsini; iş yerləri, bankomat və terminalların müdafiəsini; bulud mühitlərinin kibertəhlükəsizliyini; təcrid edilmiş şəbəkələrə olan təhdidlərin analitikasını; fırıldaqçılıqdan müdafiəni və əməkdaşların təlimini özündə birləşdirir.

Biz ölkənin bank sektoruna olan bir sıra hücumun araşdırmasında və dəfetməsində iştirak etmişik. Əksər hallarda məhz mürəkkəb münaqişələr səbəbindən Azərbaycan bankları özlərinin kibertəhlükəsizlik siyasətinə yenidən baxmağa başlayır, kompüterlərin müdafiəsi üzrə ən son həllərlə yanaşı, məqsədli hücumlardan Kaspersky Anti Targeted Attack Platform kimi kompleksli metodları tətbiq edirlər”, - deyə Müşviq Məmmədov bildirib.

Bundan başqa, son zamanlar əməkdaşlarının informasiya təhlükəsizliyi ilə bağlı davranış qaydalarının öyrənilməsi məsələsinə ciddi yanaşan yalnız maliyyə təşkilatları deyil: “Bu prosesdə bir çoxlarına şirkət əməkdaşlarının biliyini yoxlamaq üçün test qaydasında fişinq hücumları təşkil edən Kaspersky Lab-ın həlləri kömək edir. Sözügedən prosedur oyun formasındadır, məhz buna görə dərin kompüter biliklərinə malik olmayan əməkdaşlar belə kibertəhlükəsizliyin nə olduğunu, onun əhəmiyyətini, özünü və işlədiyi şirkəti nə cür müdafiə etməyi asanlıqla anlayır. Əməkdaşlar tərəfindən onların ofisə gəldikdə kompüteri qoşan zaman üzərlərinə düşən məsuliyyətin dərk edilməsi olduqca vacibdir”.

Qeyd edək ki, Kaspersky Anti Targeted Attack Platform həlli – mürəkkəb təhdidlərin proaktiv müəyyənləşdirilməsi və kiberhücum risklərinin və onların dağıdıcı təsirinin nəticələrini minimum endirilməsi üçün nəzərdə tutlmuş innovasiya platformasıdır. Maşın təliminin yeni texnologiyalarından və bulud infrastrukturundan təhdidlər barədə əldə olunan ən aktual məlumatlardan istifadə edərək sözügedən həll şirkətlərə etibardan salınmış sistemləri, məqsədli hücumları və mürəkkəb təhdidləri vaxtında müəyyənləşdirməyə kömək edir və qoruyur.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Kaspersky Lab onlayn fırıldaqçılığın qarşısını alacaq

13-06-2018

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kaspersky “Kaspersky Symphony XDR”-i təqdim edir

13-04-2022

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016

Kiberhücumlar təşkilatlara nə qədər ziyan vurub?-Araşdırma

09-06-2017

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

03-06-2022

Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

27-08-2021

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə