Previous Next
Bağla

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019 16:09
Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

Bu gün bütün dünyada Beynəlxalq Təhlükəsiz İnternet gününü qeyd edir. Məhz bu əlamətdar gündə “Kaspersky Lab” kibergigiyenanın əsas qaydalarını xatırladır və korporativ mühitdə parolların istifadəsinə həsr olunmuş sorğunun nəticələrini ilə bölüşür.

Xeberler.az  bildirir ki, “Kaspersky Lab”ın apardığı sorğunun nəticələrinə əsasən, Azərbaycanda iş üçün fərdi kompüterdən istifadə edənlərin 41%-i onu parol ilə müdafiə etmir. Paroldan istifadə edənlərin 47%-i isə onu dəyişmədiyini etiraf edib. Parolların yaradılmasına gəldikdə hər ikinci respondent (47%) tam yeni kombinasiya fikirləşir. Parolların qorunması məsəsləsinə isə Azərbaycanın korporativ istifadəçilərin yanaşması birmənalı deyil: sorğu iştirakçılarının 57%-i parolları yadda saxlamağa üstünlük verdiklərini, 10%-i onu kağız üzərində yazdığını, 7%-i parolu kompüterdə açdığı faylda saxladığını, 1%-i isə parolları qorumaqla yanaşı onların yaradılmasında da köməklik edən xüsusi proqramlardan yararlanır.

“Çox vaxt parollara istifadəçinin şəxsi kibertəhlükəsizliyinin vacibliyi nöqteyi nəzərdən yanaşırlar, lakin bu, həm də istənilən təşkilatın təhlükəsizliyinin tərkib hissəsidir. Sorğumuza əsasən, Azərbaycanda istifadəçilərin 15%-i korporativ məlumatları – login və parolları – texniki dəstəyə cavabdeh olmayan digər əməkdaşa ötürdüklərini etiraf edib. Bunula belə, korporativ hesabın məlumatlarını digər əməkdaşlara ötürən istifadəçilər sonda parollarını dəyişməyib. Bu, onu göstərir ki, müasir təşkilatların rəhbərliyinin qarşısında duran məsələlərdən biri də əməkdaşlara kibertəhlükəsizliyin əsaslarını öyrətməkdir. Burada insan faktoru olduqca vacib rol oynayır”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda təmsilçisi Müşviq Məmmədov bildirib.

“Kaspersky Lab” parolların idarə edilməsi baxımından istər fərdi, istərsə də korporativ hesabların sındırlması riskini azaltmağa imkan verən bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edir:

  • hər bir xidmət və ya hesab üçün müxtəlif parollardan istifadə edin;
  • bütün iş və şəxsi parollarınızı ən azı 3 aydan bir dəyişin;
  • 10-12 simvoldan, o cümlədən rəqəmlər və müxtəlif dil sırasından olan hərflərdən, həmçinin, xüsusi simvollardan ibarət etibarlı parollar yaradın;
  • parolları kağız üzərinə və ya kompüterdə yaradılan sənədlərə yazıb saxlamayın – bunun üçün ən yaxşısı parolların idarə edilməsi üzrə xüsisi proqramlardan istifadə edin;
  • Hesabların təhlükəsizliyi üçün hazırda bir çox xidmətin təklif etdiyi ikiamilli avtorizasiyadan istifadə etməsinə dəyər.

Korporativ hesablar üçün paraolların yaradılması və təhlükəsiz saxlanmasını “Kaspersky Small Office Security” kimi etibarlı proqramlar təmin edə bilər. Bu həll bütün parollar üçün müdafiə olunan vahid baza təqdim edir və onları yaratmağa və təhlükəsiz saxlamağa imkan yaradır – sadəcə bir master-parolu yadda saxlamaq kifayətdir. Bundan başqa, “Kaspersky Small Office Security” kompüter, fayl server, planşet və smartfonları intertendə hücüm, onlayn maliyyə fırıldaqçılığı, hədələyici proqram və məlumat itkisindən kompleksli şəkildə müdafiə edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Parolları kibercinayətkarlardan necə qorumaq olar?

09-03-2017

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Kaspersky Lab məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb

03-05-2019

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

06-09-2017

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019

2016-cı ilin ən məşhur parolları

19-01-2017

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Süni intellekt parolu tapmağı asanlaşdıracaq

19-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə