Previous Next
Bağla

Parolları kibercinayətkarlardan necə qorumaq olar?

09-03-2017 11:27
Parolları kibercinayətkarlardan necə qorumaq olar?

Kaspersky Lab şirkəti istifadəçi adı (login) və parolların etibarlı saxlanmasına imkan verən, həmçinin bu məlumatları müxtəlif tətbiq və xidmətlərdə istifadəsini təmin edən “Kaspersky Password Manager“ həllinin yeni versiyasını təqdim edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu həll vasitəsilə istifadəçilər Windows və OS X platformaları üzərində çalışan cihazlar üçün güclü kod kombinasiyaları yarada bilərlər ki, bu zaman əl ilə daxil edilmiş parolların təhlükəsizliyi avtomatik olaraq yoxlanacaq.

Bununla yanaşı, “Kaspersky Password Manager”in yeni versiyasının istifadəçiləri “My Kaspersky” portalında şəxsi səhifələrinə kənardan giriş imkanı əldə edirlər. Bu funksiya tətbiqi quraşdırmaq mümkün olmadıqda və ya istifadəçi məlumatlarını özgə cihazlardan daxil etmək gərəkdikdə əlverişlidir.

Hər hansı bir sayt və ya xidmət üçün lazımi simvol kombinasiyasını tapmaq yeni səs idarə sistemi ilə (Google Chrome brauzeri üçün) daha da rahatlaşıb.

“Kaspersky Password Manager”in yenilənmiş versiyası digər analoji həllərdən parol bazasını əldə etməyə imkan verir.

Kaspersky Lab-ın apardığı sorğuya* əsasən, rusiyalı istifadəçilərin yarısından çoxu (52%-i) parollarının kibercinayətkarların əlinə keçməsindən ehtiyat edir.

Maraqlıdır ki, hətta şəxsi şəkillər və videoyazılar istifadəçilər üçün bundan daha az əhəmiyyət kəsb edir, belə ki, sorğuda iştirak edənlərin yalnız 33%-i bu məlumatlara görə narahat olduğunu bildirib. Prioritetlərin bu cür sıralanması heç də təsadüfi deyil: sözügedən sorğunun nəticələrinə əsasən, Rusiyada hər altı internet istifadəçisindən biri onlayn hesabının sındırılması cəhdləri ilə qarşılaşıb.

“İstifadəçiləri başa düşmək olar – bu gün əksəriyyətimizin onlarla fərqli onlayn hesabı var: poçt, sosial şəbəkələr, onlayn bankçılıq, oyunlar, messencerlər və s. Hər bir hesab üçün mürəkkəb parollar fikirləşmək və yadda saxlamaq çətindir. Məhz bu səbəbdən hər bir xidmət üçün fərqli, etibarlı simvol kombinasiyası emal edən, bu parolları qoruyan, müxtəlif cihazlara sinxronizasiya imkanı verən və saytlarda formalara avtomatik daxil edən “Kaspersky Password Manager” kimi xüsusi tətbiqlər mövcuddur. Bu cür tətbiqlərdən faydalanan zaman istifadəçilərdən onlarla parol əvəzinə yalnız bir master-parolu yadda saxlamaq tələb olunur. Sözügedən tətbiq hesabların təhlükəsizliyini təmin edir və zehni digər qayğılar üçün boşaldır”, - deyə Kaspersky Lab-ın ev istifadəçiləri üçün məhsulların idarəsi bölməsinin rəhbəri Yelena Xarçenko bildirir.

“Kaspersky Password Manager”in baza versiyası pulsuz təqdim olunur. Bütün yeni funksiyalardan artıq Windows və Mac kompüter istifadəçiləri yararlana bilərlər. Xüsusi olaraq yeni MacBook Pro istifadəçiləri üçün master-parolu barmaq izi ilə əvəzləmək imkanı verilir.

“Kaspersky Password Manager” həlli barədə ətraflı məlumat və pulsuz versiyanı buradan yükləmək olar. 

*Araşdırma Kaspersky Lab-ın sorğusu əsasında B2B International şirkəti tərəfindən 2016-cı ilin avqust ayında keçirilib.

Sorğuda dünyanın 21 ölkəsindən 12546 internet-istifadəçi iştirak edib. Rusiyada sorğuda iştirak edənlərin sayı 1 023 nəfər olub.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu proqram şifrənin təhlükəsizliyini yoxlayır

13-03-2019

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

06-09-2017

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Kaspersky Lab onlayn fırıldaqçılığın qarşısını alacaq

13-06-2018

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021

KATV1 Kaspersky Labaratoriyası ilə əməkdaşlığa başlayır

01-06-2016

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019

Ailə NET-dən daha təhlükəsiz və sərfəli internet üçün kampaniya

04-07-2016

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

04-04-2019

Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

25-07-2018

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə