Previous Next
Bağla

Bu proqram şifrənin təhlükəsizliyini yoxlayır

13-03-2019 18:30
Bu  proqram şifrənin təhlükəsizliyini yoxlayır

“Kaspersky Lab” şirkəti “Kaspersky Password Manager” proqramının yeni versiyasını istifadəyə verib. Məhsul artıq təkcə hesabların loqin və şifrələrini deyil, həmçinin vacib sənədlərin skan və şəkillərini, eyni zamanda “PDF” faylların təhlükəsiz qorunmasını təmin edəcək. Bundan başqa, proqram istifadəçilərə sənədləri yükləyərkən onları lazımi kateqoriyaya daxil etmək imkanı verir ki, bu da öz növbəsində məlumatın axtarışını asanlaşdırır.

Xeberler.az  bildirir ki, şifrələrın güvənliyinin yoxlanılması yeni tətbiq olunmuş funksiyalardan biridir. “Kaspersky Password Manager”in yeni funksiyası qorunan şifrə sızdırıldıqda və ya açıq istifadəyə çıxarıldıqda şifrə sahibinə bu barədə məlumat verir. “Kaspersky Lab” şirkətinin son araşdırmasına görə isə Rusiyada internet istifadəçilərinin 65%-i hesablarının sındırılması ehtimalından narahatdır. Bu da əbəs yerə deyil, məlumatların sızması artıq geniş vüsət alıb. Belə ki, son dövrün ən məşhur data oğurluğu sayılan “Collection #1” özündə 1 milyard unikal loqin və şifrəni cəmləmişdi.

“İstifadəçilər tərəfindən müxtəlif servislərdə, onlayn platformalarda yaradılan hesabların sayı günbəgün artır, eyni zamanda məlumatların sızdırılması da artan tempdə davam edir. Hətta iri şirkətlər belə, məlumatların oğurlanmasından sığortalanmayıb. Bu səbəbdən çətin şifrələrin yaradılması və qorunması daha da aktuallaşır. Biz anlayırıq ki, istifadəçilər şifrələrinin vahid təhlükəsiz məkanda qorunmasından savayı, həmçinin oğurlanması hallarında məlumatlanmaları üçün də həll axtarır. Biz bütün bu imkanları “Kaspersky Password Manager” proqramında cəmləmişik”, - deyə “Kaspersky Lab”in Rusiyadakı ofisinin Marketinq departamentinin rəhbəri Oleq Qudilin bildirib.

“Kaspersky Password Manager” istifadəçinin yaratdığı şifrənin etibarlılığını və dayanıqlığını avtomatik olaraq sınayır, asan şifrələrin oğurlanmasının qarşısını almaq üçün yeni çətinləşdirilmiş şifrələr yaradır. Yeni yaradılmış məhsul Windows, Mac, Android, iOS əməliyyat sistemləri tərəfindən dəstəklənir. “Kaspersky Password Manager” proqramına daxil edilmiş məlumatlar istifadəçinin bütün cihazlarında və “My Kaspersky”nin veb versiyasında sinxron olaraq işləyir. Proqram ödənişli və ödənişsiz olmaqla 2 versiyada təklif olunur. Funksional olaraq hər 2 versiya eynidir. Yeganə fərq qeydlərin sayındadır. Belə ki, ödənişsiz versiyada ancaq 15 qeyd qoruna bildiyi halda, ödənişli versiyada qeydlərin sayına məhdudiyyət qoyulmayıb. “Kaspersky Password Manager”in yenilənmiş versiyası ilə tanış olmaq, həmçinin həllin ödənişsiz baza versiyasını yükləmək və ya ödənişli versiyasını əldə etmək üçün bu linkə keçid edin: https://www.kaspersky.ru/password-manager

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Parolları kibercinayətkarlardan necə qorumaq olar?

Parolları kibercinayətkarlardan necə qorumaq olar?

09-03-2017
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky Security OneDrive buludunu da qoruyacaq

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019
Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

04-04-2019
Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

06-09-2017
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019
Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017
Kaspersky və Fnatic əməkdaşlığa başlayır

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021
İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019
Kaspersky istehlakçılara  xəbərdarlıq edib

Kaspersky istehlakçılara xəbərdarlıq edib

17-12-2009
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Kaspersky Lab onlayn fırıldaqçılığın qarşısını alacaq

Kaspersky Lab onlayn fırıldaqçılığın qarşısını alacaq

13-06-2018
İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017
Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021
Kaspersky Lab Sürixdə ilk şəffaflıq mərkəzini açıb

Kaspersky Lab Sürixdə ilk şəffaflıq mərkəzini açıb

16-11-2018
Veeam yenilənmiş nworks Connectors 4.0 versiyasını nümayiş etdirib

Veeam yenilənmiş nworks Connectors 4.0 versiyasını nümayiş etdirib

29-09-2008
Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022
“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə