Previous Next
Bağla

Kaspersky mülki dronlara qarşı sistem təqdim edir

07-11-2019 17:50
Kaspersky mülki dronlara qarşı sistem təqdim edir

“Kaspersky” şirkəti yeni həllini – “Kaspersky Antidrone”u təqdim edir. Yeni ixtisaslaşdırılmış proqram təminatı, pilotsuz aparata zərər vermədən müxtəlif obyektlərin, məsələn, böyük sənaye müəssisələrinin qorunan ərazilərinə, kütləvi tədbirlərə, fərdi evlərə və s. daxil olmasının qarşısını almağa imkan verir. Bu həllin özəlliyi dronun yerinin müəyyənləşdirilməsi və onun neyro şəbəkə vasitəsilə sonrakı təsnifatlaşdırılmasını təmin edən unikal texnologiyadan ibarətdir.
 
Xeberler.az bildirir ki, mülki pilotsuz uçuş aparatları bazarı sürətlə böyüyür. Qlobal dron bazarının həcmi 2018-ci ildə 14 milyard dollar səviyyəsində qiymətləndirilirdi. Bu bazarın 2024-cü ilə qədər 43 milyard dollara çatması proqnozlaşdırılır. Bir tərəfdən dronlar geniş imkanlar yaradır, məsələn, onların köməyi ilə məhsulların çatdırılmasını həyata keçirmək, şaxtaları yoxlamaq, binaların tikintisinin gedişatını izləmək, gözəl foto və video materiallar hazırlamaq mümkündür. Digər tərəfdən isə, dronların ciddi təhlükə yaratdıqları da məlumdur, məsələn, konsertlərdə kütlənin üzərinə düşməsi, yarışlar zamanı idmançılara xəsarət yetirməsi, hava limanları və sənaye obyektlərinin fəaliyyətinə təhlükə yaratması, sənaye casusluğu ilə məşğul olması, məşhurların evlərinin şəkillərinin çəkilməsi və s. “Kaspersky”nin yeni məhsulu dronların ehtiyatsız və ya zərərli istifadəsinin mənfi nəticələrinin qarşısını almağa kömək edir.
 
“Kaspersky Antidrone” dronların aşkar edilməsi və zərərsizləşdirilməsi üçün istifadə olunan fiziki modulların işini əlaqələndirməyə imkan verir. İlk olaraq aşkarlama modulu hərəkət edən obyekti tapır, koordinatlarını oxuyur və serverə ötürür. Sonra obyektin üzərində quraşdırılmış yüksək keyfiyyətli və hərəkətli kameralar ilə izlənilir. Neyron şəbəkəsi obyektin dron olub olmamasını müəyyən edir. Əgər uçan obyekt drondursa, həll onun idarəetmə pultu ilə əlaqəsini bloklayır və dronu başlanğıc nöqtəsinə qayıtmağa və ya operatorla əlaqənin itdiyi yerə eniş etməyə məcbur edir. “Kaspersky Antidrone” həm stasionar, həm də mobil sistemlərdə istifadə edilə bilər. Məsələn, ağıllı evlərin infrastrukturuna, kritik infrastruktur obyektlərinə inteqrasiya oluna, avtomobillərdə quraşdırıla bilər.
 
“Komandamızda bir çox adamın, o cümlədən mənim də dronum var və biz onlardan həm hobbi, həm də iş üçün istifadə edirik. Əminliklə deyə bilərəm ki, bəzən dronlar olduqca təhlükəlidirlər. Mən özüm də kütləvi tədbirlərdə bir sıra riskli hallara şahid olmuşam. Təəssüf ki, pilotsuz aparatın operatoru hər zaman uçuş üçün hansı zonaların qadağan olduğunu bilmir. Dron gözlənilmədən düşərsə, və ya hücuma məruz qalarsa, onun sahibinə mənfi təsir göstərə bilər. Buna görə biz, həm təhlükəsizlik tələblərini nəzərə alan, həm də drona zərər verməyən məhsul hazırlamağa qərar verdik. Bizim həllimiz tərəflərə zərər vermədən drona nəzarət etmək imkanı yaradır“, - bunu “Kaspersky Antidrone” layihə meneceri Vladimir Turov bildirib. 

“Kaspersky Antidrone” layihəsi “Kaspersky” şirkətinin innovasiya mərkəzinin rezidentidir. Mərkəzdə həmçinin Rusiya və dünya bazarlarında uğurla inkişaf edən “Kaspersky Anti-Cheat”, “Polys”, “Kaspersky Security Awareness” həlləri yaradılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky dronlardan qorunmaq üçün ilk sistem inteqratoru hazırlayıb

Kaspersky dronlardan qorunmaq üçün ilk sistem inteqratoru hazırlayıb

07-02-2020
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Kaspersky intellektual sistemi sınaqdan keçirir

Kaspersky intellektual sistemi sınaqdan keçirir

28-07-2021
Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020
Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021
Kaspersky Embedded Systems Security həllini yeniləyib.

Kaspersky Embedded Systems Security həllini yeniləyib.

30-04-2020
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018
Kaspersky MLAD 3 ən yaxşı məhsuldan biridir

Kaspersky MLAD 3 ən yaxşı məhsuldan biridir

26-04-2022
Kaspersky Security OneDrive buludunu da qoruyacaq

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019
Kaspersky istehlakçılara  xəbərdarlıq edib

Kaspersky istehlakçılara xəbərdarlıq edib

17-12-2009
Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016
Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017
Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

05-07-2021
Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

19-01-2022
“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

20-09-2019
Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

01-09-2022
Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020
Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022
Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016
Kaspersky təhlükəsiz avtonom idarəetmə blokunu təqdim edib

Kaspersky təhlükəsiz avtonom idarəetmə blokunu təqdim edib

29-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə