Previous Next
Bağla

Kaspersky təhlükəsiz avtonom idarəetmə blokunu təqdim edib

29-06-2020 11:26
Kaspersky təhlükəsiz avtonom idarəetmə blokunu təqdim edib

Kaspersky və AVL Software and Functions GmbH şirkəti avtomobili avtomobillər üçün KasperskyOS əməliyyat sistemi əsasında ilk elektron idarəetmə blokunu hazırlayıblar.

Bu həll, nəqliyyat vasitəsinin sisteminə hər hansı bir icazəsiz müdaxiləni aradan qaldırır. Öz növbəsində, müxtəlif avtomobil komponentlərinin rabitə və qarşılıqlı əlaqə ssenariləri Kaspersky Security System mühərrikinin köməyilə tənzimlənir ki, bu da proseslərin ciddi şəkildə təcrid edilməsini və təhlükəsizlik siyasətində nəzərdə tutulmayan hərəkətləri standartart olaraq blok edir.

Getdikcə daha çox qlobal avtomobil istehsalçısı avtomobil idarəsinin avtomatlaşdırılması texnologiyalarına meyl edirlər, bununla yanaşı, sürücülərin fiziki təhlükəsizliyinə təhdid yaradan hər hansı bir problemi vaxtında aradan qaldırmaq üçün mövcud idarəetmə bloklarındakı çatışmazlıqları düzəltmək, proqram təminatını daim izləmək lazımdır. Çox vaxt təcavüzkarlar işlək avtomobillərə hücum edir və koddakı səhvlərdən istifadə edirlər. Nəqliyyat ekosistemlərini qorumaq üçün, informasiya təhlükəsizliyi mexanizmlərinin artıq istehsal mərhələsində tətbiq olunduğu tamamilə yeni kompleks bir yanaşma tələb olunur.

Kaspersky və AVL tərəfindən hazırlanmış idarəetmə bloku, sürücü yardımı sisteminin (ADAS) bir hissəsidir və prototip hazırlanması və kütləvi istehsal üçün çevik ayarlana bilən bir platformadır. O, iki ədəd güclü tək çipli prosessor və təhlükəsizlik nəzarəti cihazı ilə təchiz olunmuşdur, ona çox sayda cihaz qoşula bilər: kamera, LIDAR texnologiyası və digər komponentlər. Apparat platforması CAN (Controller Area Network) və Ethernet standartlarını dəstəkləyir. KasperskyOS, ADAS komponentlərinin etibarlı qarşılıqlı əlaqəsini təmin edir, həmçinin idarəetməyə icazəsiz müdaxilə ehtimalını aradan qaldırır: yəni zərərli kod komponentlərdən birinə daxil olsa belə, sistemdə onun funksionallığı təmin edilmədiyi üçün nəqliyyat vasitəsinin işinə təsir göstərə bilməyəcəkdir.

Bundan əlavə, AUTOSAR konsorsiumu ilə tərəfdaşlıq çərçivəsində Kaspersky yeni, Kaspersky Automotive Adaptive Platform adlanan SDK (Software Development Kit) alətlər dəstini hazırlayıb. Onun köməyilə avtomatlaşdırılmış və pilotsuz nəqliyyat vasitələri üçün proqramlar, məsələn, sistemin monitorinqi üçün proqram təminatı, yaratmaq olar. Kitabxanalar dəsti də AUTOSAR Adaptive arxitekturasının tələblərinə
cavab verən və əlavə dəyişiklik etmədən KasperskyOS-la işləməyə imkan verən üçüncü tərəf proqram təminatının quraşdırılmasına imkan verir.

“Söhbət avtonom idarəetmə funksiyaları olan avtomobillərə gəldikdə, sürücülərin, sərnişinlərin və piyadaların təhlükəsizliyi ön plana çıxır. Daxili təhlükəsizlik sistemi olan KasperskyOS, bəyan olunmamış kod komponentlərinin çağırılması və ya üçüncü tərəf tətbiqləri vasitəsilə sistem idarəsinin ələ keçirilməsini əngəlləyəcəkdir. Biz AVL SFR ilə əməkdaşlıq etməkdən məmnunuq və onlarla birlikdə həm funksional, həm də informasiya təhlükəsizliyini təmin edən bir sistem yaratmaqdan qürur duyuruq," deyə KasperskyOS-un biznesin inkişafı üzrə direktoru Qriqori Sizov bildirib.

“ADAS ECU kimi yüksək performanslı kontrollerlər tərəfindən yerinə yetirilən mürəkkəb funksiyalar əməliyyat sistemi səviyyəsində qorunmalıdır. KasperskyOS ilə inteqrasiya, nəzarət kanallarının təhlükəsizliyinə, mövcudluğuna, məxfiliyinə və etibarlılığına lazımi etimad səviyyəsini təmin etməyə imkan verir," AVL Software and Functions GmbH şirkətinin Funksional Təhlükəsizlik və Kibertəhlükəsizlik üzrə rəhbəri Dirk Qeyer vurğulayıb.

Birinci dərəcəli tədarükçülər və istehsalçılar prototiplərin layihələndirilməsi üçün artıq ADAS ECU-dan istifadə edə bilərlər.

Kaspersky Automotive Adaptive haqqında daha çox məlumat buradan əldə edə
bilərsiniz: os.kaspersky.ru/media/Kaspersky-Automotive-Adaptive-Platform-Ru.pdf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avtomobillər kiberhücumlardan necə qorunacaq?

28-11-2022

KasperskyOS Night yay konfransını Yevgeni Kasperski açıq elan edəcək

25-06-2021

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

19-12-2022

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019

Kaspersky əşyaların İnternetini qorumaq üçün yeni nəsil şlüzlərini təqdim edir

19-07-2022

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22-01-2021

Kaspersky yeni xidmətini təqdim edib

12-12-2022

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

"Kaspersky"-ə yeni direktor təyin olunub

09-04-2020

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

22-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə