Previous Next
Bağla

Kaspersky onlayn tanışlıq tətbiqlərinin etibarlı olub-olmadığını araşdırıb

09-07-2021 16:59
Kaspersky onlayn tanışlıq tətbiqlərinin etibarlı olub-olmadığını araşdırıb

Kaspersky onlayn tanışlıq tətbiqlərinin 2017-ci illə müqayisədə daha etibarlı olub- olmadığını yoxlamaq qərarına gəlib və dünyanın bu kateqoriyadan olan doqquz ən populyar tətbiqi təhlil edib: Tinder, Bumble, OkCupid, Mamba, Pure, Feeld, Her, Happn və Badoo*. Mütəxəssislər tanışlıq xidmətlərinin, xüsusilə məlumatların ələ keçirilməsi baxımından texniki olaraq daha yaxşı qorunduğunu müəyyən ediblər. Amma məxfilik riskləri qalmaqda davam edir: bu cür tətbiqlərdə kiber stalkinq (internetdə təqib olunma) və doksinq (bir şəxs haqqında məlumatın onun reputasiyasına xələl gətirmək üçün onun xəbəri və razılığı olmadan paylaşılması) məqsədləri üçün istifadə oluna biləcək xeyli sayda şəxsi məlumat saxlanılır.

2017-ci ildə araşdırılan doqquz tətbiqdən dördündə göndərilən məlumatları ələ keçirmək olurdu və bir çoxu şifrələnməmiş HTTP protokolundan istifadə edirdi. 2021-ci ildə vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Təhlil edilən tətbiqlərin heç biri HTTP-dən istifadə etmir və protokol etibarsızdırsa, məlumatlar ötürülmür. Ancaq bir çox məxfilik problemi hələ də qalmaqdadır. Araşdırılan xidmətlərin əksəriyyətində sosial şəbəkə hesabı ilə qeydiyyatdan keçmək mümkündür. Bu halda, onda olan məlumatlar avtomatik olaraq yeni profilə ötürülür. Üstəlik, istifadəçilərdən harada işlədikləri və ya təhsil aldıqları barədə məlumatları da əlavə etmələri istənilir. Bu cür ətraflı məlumatlar şəxsin sosial şəbəkədəki axtarışını asanlaşdırır, gizlilik tənzimləmələri aktiv olmayan yerlərdə isə onun haqqında daha çox məlumat tapılır.

Happn, Her, Bumble və Tinder istifadəçilərindən olduqları yeri göstərmələri tələb olunur. Mamba kimi bəzi tətbiqlər onu hər metrinə kimi dəqiq göstərir. Happn-da hesab sahiblərinə yollarının öz “match”-ları (tətbiqdə qarşılıq verən şəxs) ilə neçə dəfə və harada kəsişdiyini görməyə imkan verən əlavə bir funksiya da var.

Bütün bu məlumatlar, habelə söhbətlər və fotoşəkillərin məzmunu, vebdə və ya real dünyada stalkinq (təqibetmə), həmçinin doksinq (bir şəxs haqqında məlumatın onun reputasiyasına xələl gətirmək üçün onun xəbəri və razılığı olmadan paylaşılması) üçün istifadə edilə bilər. Təhlil edilən tətbiqlər arasında Mamba şəkillərə ödənişsiz bulanıqlıq effekti əlavə etmək imkanı verən, Pure isə söhbətlərin ekran görüntülərini çəkməyə icazə verməyən yeganə tətbiqlərdir, çünki söhbət və fotoların məzmunu şantaj və ya doksinq vasitəsinə çevrilə bilər.

Məxfiliyin təmin edilməsi ilə bağlı bəzi əlavə seçimlər, tanışlıq tətbiqlərinin genişləndirilmiş funksiya seçimlərinə daxildir. Beləliklə, təhlil edilən xidmətlərin əksəriyyətinin ödənişli versiyalarında inkoqnito (gizli) rejimini aktivləşdirə bilərsiniz. Bu halda, profili yalnız sahibinin simpatiya bildirdiyi istifadəçilər görə bilir. Tinder və
Bumble-ın ödənişli versiyalarında bölgəni əllə seçərək yerləşmə haqqında daha dəqiq detalları təqdim etməyə bilərsiniz.

“Aktiv olaraq şəbəkədə olmaq və eyni zamanda məlumatların gizliliyini saxlamaq elə də asan deyil. Onlayn tanışlıq tətbiqləri bunu açıq şəkildə göstərir. İnsanlar internetdə tanış olmaq və ünsiyyət qurmaq istəyirlər, amma təhlükəsiz şəkildə. Son bir neçə ildə tanışlıq xidmətlərinin, xüsusən də onların ödənişli versiyalarının daha etibarlı olduğunu müşahidə etmişik. Gələcəkdə məxfiliyin qorunması üçün vacib olan xüsusiyyətlərin bütün bu cür tətbiqlərdə ödənişsiz təqdim olunacağına ümid edirik ümid edirik. Tanışlıq xidmətlərindəki hesab sahiblərinin öz rəqəmsal təhlükəsizlikləri üçün edə biləcəkləri ən yaxşı şey profillərdə və söhbətlərdə özləri haqqında verdikləri məlumatları diqqətlə izləməkdir," deyə Kaspersky-nin kiber təhlükəsizlik mütəxəssisi Tatyana Şişkova bildirib.

Компания советует пользователям дейтинговых приложений:
Şirkət tanışlıq tətbiqlərinin istifadəçilərinə tövsiyə edir:

1. profildə çox məlumat verməyin (soyad, işəgötürən, dostları ilə şəkillər, siyasi baxışlar);
2. sosial media hesablarını onlayn tanışlıq tətbiqlərindəki profillərə bağlamayın;
3. xidmət imkan verirsə, yerləşmə haqqında məlumatı əl ilə təyin edin;
4. mümkün olduqda, yerləşməni əllə qeyd edin və iki faktorlu identifikasiyadan istifadə edin;
5. tətbiqi istifadə etməyinizi dayandırdıqda profili silin və ya gizlədin;
6. daxili mesajlaşma vasitəsilə ünsiyyət qurun və yalnız “match”-a güvəndiyiniz təqdirdə digər messencərlərə keçin, lakin bu vəziyyətdə də etibarlı bir platforma seçin;
7. bütün cihazlarda Kaspersky Security Cloud kimi etibarlı bir təhlükəsizlik həllindən istifadə edin. O, zərərli fəaliyyətlərin aşkarlanmasına və ziyarət edilən saytların təhlükəsizliyini yoxlamağa kömək edəcəkdir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021
Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023
Hansı sosial şəbəkə daha təhlükəsizdir?-Araşdırma

Hansı sosial şəbəkə daha təhlükəsizdir?-Araşdırma

04-11-2017
Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020
Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021
Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

21-12-2020
Kaspersky: istifadəçilərin üçdə biri yeni sevgi tanışlığı üçün qabaqcıl texnologiyalara güvənməyə hazırdır

Kaspersky: istifadəçilərin üçdə biri yeni sevgi tanışlığı üçün qabaqcıl texnologiyalara güvənməyə hazırdır

16-07-2021
Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022
Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020
Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

07-02-2023
Kaspesky Clubhouse tətbiqin təhlükəsizlik risklərindən danışır

Kaspesky Clubhouse tətbiqin təhlükəsizlik risklərindən danışır

16-03-2021
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021
Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

03-09-2021
Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını  izləyə biləcəklər

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022
Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021
Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

07-01-2022
Kaspersky pandemiya ilə bağlı araşdırma edib

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020
Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020
“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019
Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020
Azərbaycanda kiber hücumların sayı artıb

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə