Previous Next
Bağla

Hansı sosial şəbəkə daha təhlükəsizdir?-Araşdırma

04-11-2017 11:24
Hansı sosial şəbəkə daha təhlükəsizdir?-Araşdırma

Kaspersky Lab  ekspertləri onlayn-tanışlıq üçün ən populyar əlavələri təhlil edib, onların hansı təhlükə daşıdıqlarını, həmçinin onlardan istifadə edən cinayətkarlar istifadəçi haqqında hansı məlumatları əldə edə biləcəklərini müəyyənləşdiriblər.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, istənilən potensial risklər qurbanına onun adından mesaj göndərməkdən başlıyaraq şantaja qədər xeyli problemlər yarada bilərlər.

Təhlil Tinder, Bumble, OK Cupid, Badoo, Mamba, Zoosk, Happn, Paktor və WeChat kimi tanışlıq imkanı olan mesencerlər üçün aparılıb. Bütün hallarda versiyasıyalar həm Android, həm də iOS üçün nəzərdən keçirilib.

Mütəxəssislər əlavələri aşağıdakı təhlükələr üçün yoxlayıblar: istifadəçini izləmək, onun əsl adını soyadını öyrənmək, əlavədən məlumatları (həm şifrlənmiş həm də şifrlənməmiş halda) ələ keçirmək imkanı.

Ekspertlər həmçinin məlumatların ələ keçirilməsi və super-istifadəçi hüquqlarının tətbiqi ilə tokenlərin (kənar xidmətlərin, xüsusilə də Facebook-un, identifikasiya açarlarının) oğurlanma riskini qiymətləndiriblər.

Təhlilin göstərdiyi kimi, bəzi əlavələr demək olar ki, şəxsi məlumatları müdafiə etmir. Lakin ümumilikdə nəzər salsaq, vəziyyət o dərəcədə də pis deyil. Məsələn, WeChat əlavəsini sınaqdan keçirilmiş əlavələr arasında ən təhlükəsiz hesab etmək olar.

Onun istifadəsinin əsas riski yerləşmə müəyyənləşdirilməsi ilə bağlıdır, lakin bədəfkarlar daha heç bir məlumatları ələ keçirə bilməyəcəklər.

Rusiyada çox populyar olan Badoo əlavəsi, əksinə, istifadəçinin yerini açıqlamır, həmçinin stalkinq imkanlarını istisna edir, lakin cinayətkarlar məlumatların əldə edilməsini həyata keçirə bilərlər və ya akkaunta daxil olmaq üçün tokendən istifadə edə bilərlər.

Daha bir rusiyalı istifadəçilər arasında yayılmış Tinder əlavəsi, ekspertlərin fikrincə, daha çox təhlükə daşıyır: geolokasiyanı göstərir, şifrlənmiş birləşmə daxilində məlumatları və istifadəçilərin xəbərlərini ələ keçirmək fürsətini yaradır. Eyni zamanda, Paktor və ya Happn əlavələri bir neçə risklərə məruz qalır – əsl ad və soyadın açıqlamasından başlayaraq məlumatlara razılaşdırılmamış çıxışa qədər.

Kaspersky Lab təhlilin nəticələri barədə ciddi problemləri aşkarlanan əlavələr müəlliflərinə məlumat verib. Zəifliklərin bəziləri artıq düzəldilib.

"Təbii ki, biz kimisə tanışlıq üçün proqramların istifadə fikrindən daşındırmıyacayıq, lakin bunu təhlükəsiz etmək üçün tövsiyələr vermək istəyərdik. Birincisi, bizim universal məsləhətlərimiz olduqca aktualdır – tanışlıq üçün əlavələrdən istifadə edərkən kütkəvi Wi-Fi çıxış nöqtələrdən, xüsusilə parol ilə müdafiə olunmamışlardan çəkinmək; ictimai Wi-Fi kanalı ilə təhlükəsiz birləşmə üçün VPN texnoloqiyalarını tətbiq etmək; zərərli proqram təminatını aşkar edəcək və istifadəçini fırıldaqçılar haqqında xəbərdarlıq edəcək müdafiə həllini smartfona quraşdırmaq. İkincisi, iş yerinizi eləcə də digər sizi eyniləşdirə bilən məlumatı göstərməyə dəyməz. Təhlükəsiz tanış olun", - deyə Kaspersky Lab şirkətinin antivirus ekspertı Roman Unuçek qeyd edib.

Tədqiqatın metodologiyası ilə tanış olmaq və nəticələr haqqında daha ətraflı məlumatı burada.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky onlayn tanışlıq tətbiqlərinin etibarlı olub-olmadığını araşdırıb

09-07-2021

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016

USB ilə enerji doldurma təhlükəli ola bilər

28-05-2016

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018

Kaspersky Lab rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

08-05-2019

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016

Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

07-02-2023

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019

“Kaspersky”: Potensial çitlərin 42 faizində təhlükə var

29-11-2019

Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

30-04-2022

Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

21-06-2018

Bu proqram söhbətlərə gizlicə qulaq asır

18-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə