Previous Next
Bağla

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020 14:17
Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

“Beynəlxalq fərdi məlumatların müdafiəsi günü” ərəfəsində “Kaspersky” şirkəti istifadəçilərin şəxsi məlumatlarına təhlükə yaradan bəzi kiber təhdidləri təhlil edib.

Xeberler.az bildirir ki, şirkətinın statistikasına görə, 2019-cu ildə dünyada şifrə oğurlayan hücumların sayı əhəmiyyətli dərəcədə artıb - 72%. Ümumiyyətlə, şirkətin məhsulları təxminən iki milyon istifadəçinin cihazlarına bənzər hücumları dəf edib. Şifrə oğurlayan proqramlar məlumatları birbaşa brauzerlərdən əldə edə bilir. Bu, müxtəlif hesablar üçün istifadəçi adı və şifrələri, ödəniş kartlarının məlumatları və avtomatik doldurma üçün formaların məzmunu ola bilər.
 
Bundan əlavə, 2019-cu ildə fişinq hücumlarının sayı da xeyli artıb. Cinayətkarlar əsasən istifadəçilərin şəxsi və ödəniş məlumatlarını əldə etməyə çalışırlar. Bu dövrdə “Kaspersky” həlləri ortalama 38 milyon cəhdin qarşısını alıb. Fişerlər xəbər gündəliyini yaxından izləyir və geniş ictimaiyyətin müxtəlif əhəmiyyətli hadisələrə və məşhurlara marağından istifadə edərək, zərərli linkə daxil olmağa və ya şəxsi məlumatları daxil etməyə məcbur edirlər.
 
“İstifadəçilər tərəfindən yaradılan məlumatların sayı artmaqla yanaşı, həm də bu məlumatları qapalı forumlarda satan kiber cinayətkarların onlara verdiyi dəyər də artır.

Aktivlərə giriş əldə etmək üçün müxtəlif metodlardan istifadə olunur, o cümlədən, şifrə oğurlamaq və fişinq proqramları. Əgər hər hansı bir xidmətdən məlumatlarınızın şəbəkəyə sızdığını görsəniz, dərhal şifrənizi dəyişdirməlisiniz. Əsas qaydalara riayət etmək məlumatların mümkün sızması və zərərli istifadəsi risklərini azaltmağa kömək edir", - bunu “Kaspersky” şirkətinin baş məzmun analitiki Tatyana Sidorina deyib.
 
Məxfi məlumatları qorumaq üçün “Kaspersky” şirkəti istifadəçilərə bunları tövsiyə edir:
 
* sosial şəbəkələrdə, messencerlərdə və elektron poçtlarda şübhəli linklərə daxil olmayın;
* hesabın doğruluğunu yoxlamaq funksiyası olan və məlumatların şəbəkəyə sızdığını xəbərdar edən “Kaspersky Security Cloud” kimi etibarlı təhlükəsizlik həllini  quraşdırın;
*bütün hesablarınız üçün etibarlı şifrələr hazırlayın (12 simvoldan çox, fərqli hərflər,  rəqəmlər və xüsusi simvollarla) və onları hər üç aydan bir dəyişdirin, şifrəni düzgün yadda saxlayın - kağız parçası və ya telefonunuza yazmayın, ancaq xüsusi menecerlərdən istifadə edin;
 
*mümkün olduqda, iki faktorlu avtorizasiya edin;
* proqram yüklədikdən əvvəl, istifadəçi müqaviləsi ilə tanış olun – müqavilə, tətbiqin şəxsi məlumatları necə idarə edəcəyi barədə məlumatı ehtiva edir;
* tətbiqlərə yalnız həqiqətən tələb olunan funksiyalara daxil olmağa icazə verin. Məsələn, əgər həll fənər tətbiqi, mikrofon və ya kameraya girməyi tələb edirsə, bu ehtiyatlanmaq üçün bir səbəbdir;

* gizlilik və məxfilik parametrlərini izah edən “Privacy Checker” onlayn vasitəsini sınayın.
 
*Anonim statistika, “Kaspersky” həllərinin 2019-cu il ərzində işədüşmə saylarına əsasən toplanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

21-12-2020

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky oğurluq troyanlarının Azərbaycandakı fəaliyyətindən danışır

07-10-2022

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

23-01-2023

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023

Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

07-02-2023

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə