Previous Next
Bağla

Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

21-12-2020 13:07
Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

Kaspersky laboratoriyası on ingilis və rus dilli beynəlxalq kölgə (qeyri-rəsmi) forumunu təhlil edib və bu gün qara bazarda istifadəçi məlumatlarına hansı qiymətlərin qoyulduğunu öyrənib. Qiymətlərin olduqca yüksək olduğu ortaya çıxıb. Pasport və ya sürücülük vəsiqəsi kimi (sənəd başına 40-60 ABŞ dolları) sənədlərlə selfi, tibbi sənədlər (tam xəstə kartı üçün 30 ABŞ dolları), bank kartı məlumatları (20 ABŞ dollarına qədər), PayPal hesabı (500 ABŞ dollarına qədər), həmçinin Netflix, Twitch və ya Pornhub kimi əyləncə və ya striminq (streaming) xidmətlərindəki hesablara (hesab başına 8 ABŞ dollarına qədər) xüsusi tələbat var.

Fırıldaqçılar qəsb, fişinq və birbaşa pul oğurlamaq da daxil olmaqla, müxtəlif sxemlərdən istifadə edərək məlumatlardan gəlir qazana bilərlər. Üstəlik, bunları doksinq (orij. doxing - şəxsə və ya təşkilata aid özəl məlumatın araşdırılması, əldə edilməsi və ictimai yayımı) üçün istifadə edə bilərlər. Bu təcavüzkarların heç bir şantaj etmədən özəl məlumatları ictimai yayıma çıxarması ilə tanınan və getdikcə daha sürətlə yayılan bir fenomendir. Onların məqsədi pul qazanmaq deyil,

hücum qurbanına zərər verməkdir. Bəzi hallarda doksinq bir qisas alma vasitəsi kimi tətbiq olunur ki, sonda xoşagəlməz və bəzən faciəli nəticələrə səbəb olur. “Apardığımız sorğuya görə, 25-34 yaş arası respondentlərin 37%-i məlumatlarının kiber cinayətkarlar üçün maraqlı olmadığını düşünməkdə yanılırlar. İnternetin kölgə seqmentinin təhlili göstərir ki, bu cür məlumatlar çox faydalı ola bilər. Şəxsi məlumatlar sahiblərinin onlayn olaraq nə dərəcədə ödəniş qabiliyyətli və aktiv olmasından asılı olmayaraq, bu cür forumlarda yüksək qiymətləndirilir. Sızmaların sayı artdıqca istifadəçilər üçün potensial risklərin sayı da artır. Məhz buna görə, sizi rəqəmsal dünyada ayıq və diqqətli davranmağa, kiber gigiyena qaydalarını xatırlamağa və məxfiliyə lazımi diqqət yetirməyə çağırırıq,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Özəl məlumatları qorumaq üçün Kaspersky tövsiyə edir:

1. bütün hesablarınız üçün bənzərsiz mürəkkəb şifrələr seçin (fərqli hərflər, rəqəmlər və xüsusi simvollardan ibarət 12 simvollu şifrə);

2. mümkün olduqda iki faktorlu identifikasiyadan istifadə edin;

3. lazımi məxfilik parametrlərini quraşdırın, bu linkə keçid edərək bütün incəlikləri öyrənə bilərsiniz https://privacy.kaspersky.com/ru/;

4. məlumatlarınızın təhlükə altında olub-olmadığını mütəmadi olaraq yoxlayın, bunu haveibeenpowned.com kimi ixtisaslaşmış saytlarda edə bilərsiniz;

5. smartfondakı tətbiqlərə hansı icazələri verdiyinizə diqqət edin, məsələn, bir fənər tətbiqi adətən şəkillərinizə girişə ehtiyac duymur;

6. e-poçt, sosial şəbəkələr və messencerlərdəki şübhəli linklərə klikləməyin, həmçinin məlumat daxil edəcəyiniz saytı diqqətlə yoxlayın: fişinq ola bilər;

7. yalnız məlumat oğurlayan müxtəlif zərərli proqramlardan qoruyan deyil, həm də
şifrələrinizi yaratmağa və təhlükəsiz saxlamağa kömək edən, zərərli proqram
hücumlarının qarşısını almaq və bloklamaq üçün çox qatlı mühafizə vasitələrinə malik etibarlı bir təhlükəsizlik həlli quraşdırın, məsələn, Kaspersky Total Security kimi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

23-01-2023

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə