Previous Next
Bağla

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021 11:04
Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

Kaspersky dünyadakı onlayn tanışlıq xidmətləri istifadəçiləri arasında sorğu keçirib və müəyyən edib ki, respondentlərin 42%-i yeni tanış olduğu şəxslə yalnız bir şərtlə
görüşməyə razıdır – o, ya koronavirusa qarşı peyvənd olunmalı ya da antitellərə malik olmalıdır.

Pandemiyanın bu məsələdə öz payı var: insanlar internetdə yeni tanışlıqlar axtararkən daha ehtiyatlı olmağa başlayıblar. Əgər 2020-ci ilə qədər onlayn tanışlıqlar yalnız 16% insan üçün üzbəüz görüşlə nəticələnmirdisə, indi tanışlıq xidmətləri istifadəçilərinin təxminən üçdə biri (35%) üçün münasibət virtual məkandan kənara çıxmır. İnsanlar "canlı" görüşlərdən yalnız məhdudiyyətlər və infeksiya qorxusu səbəbindən çəkinmirlər. Onları başqa məqamlar da narahat edir.

Demək olar ki, hər beş nəfərdən biri (18%) internetdə tanış olduğu biri ilə ilk dəfə üz-üzə gələn zaman özünü təhlükəsiz hiss etmir. Bunun səbəbi aydındır: 65% qorxur ki, yeni tanışı virtualdakı şəxs olmaya bilər. Yarıdan çoxu həm rəqəmsal (55%), həm də real dünyada (54%) təqibə məruz qalmaqdan qorxur. İnsanlar bu riskləri azaltmağa çalışırlar. Belə ki, əksəriyyət (72%) canlı görüşdən əvvəl video ünsiyyət yaratmaq və ya ən azından sadəcə telefonla danışmaq istəyir.

“Pandemiyanın yaratdığı məhdudiyyətlər rəqəmsal təhdidlər sahəsində yeni tendensiyaların baş qaldırmasına səbəb olub. Məsələn, indi ölkəmizdəki insanların teatr və ya kinoya getmək imkanı yoxdur, bu da istər-istəməz onlayn tanışlıq xidmətlərinin populyarlığının artmasına şərait yaradır. Xatırlatmaq istərdik: internetdəki məxfiliyinizə çox ciddi yanaşmalı, özünüz haqqında çox məlumat yerləşdirməməli və yad bir şəxslə hansı məlumatları paylaşmağa hazır olduğunuzu ətraflı düşünməlisiniz. Təcavüzkarlar açıq mənbələrdən topladıqları məlumatları necə uyğunlaşdırmaq lazım olduğunu bilirlər və onlardan fişinq, şantaj və ya birbaşa fırıldaqçılıq üçün istifadə edə bilərlər”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Şirkət onlayn tanışlıq xidmətlərində hesab sahibi olanlara tövsiyə edir:

1. iş və ya yaşayış yerini göstərən fotoşəkilləri və ya digər şəxsi məlumatları paylaşmayın;
2. ünsiyyətin əvvəlində xidmətə daxil edilmiş messencerdən istifadə edin. Telefon nömrənizi dərhal verməyin və ünsiyyəti kənar bir messencerə keçirməyə tələsməyin;
3. az tanıdığınız şəxslərdən gələn şübhəli linklərə keçid etməyin;
4. fişinq linkinə keçid və ya yoluxmuş faylı yükləmək cəhdlərini zərərsizləşdirən effektiv qoruma həllərindən, məsələn, Kaspersky Security Cloud-dan istifadə edin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021
Kaspersky: istifadəçilərin üçdə biri yeni sevgi tanışlığı üçün qabaqcıl texnologiyalara güvənməyə hazırdır

Kaspersky: istifadəçilərin üçdə biri yeni sevgi tanışlığı üçün qabaqcıl texnologiyalara güvənməyə hazırdır

16-07-2021
Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023
Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020
İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020
Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021
Kaspersky: kiberbullinq hallarının təxminən üçdə birində insanlar təcavüzkarı şəxsən tanıyır

Kaspersky: kiberbullinq hallarının təxminən üçdə birində insanlar təcavüzkarı şəxsən tanıyır

15-10-2021
Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı  artıb

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020
Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

14-12-2020
Onlayn alış-verişdə insanları necə aldadırlar?

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020
Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

01-07-2021
Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022
Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021
Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022
Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023
Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

17-02-2023
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə