Previous Next
Bağla

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021 18:11
Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

Kaspersky-nin beynəlxalq araşdırmasının məlumatlarına görə* onlayn tanışlıq tətbiqlərində hesab sahiblərinin təqribən hər altıncısı (17%) sosial şəbəkələrdə təqib olunmağın nə olduğunu bilir. Bu tətbiqlərin istifadəçilərinin qarşılaşdığı digər insidentlər arasında şəxsi məlumatın pis məqsədlər üçün istifadəsi təhdidi, yazışma skrinşotlarının və şəxs fotoların ictimai məkanlarda yayılması təhlükəsi və hətta real həyatda təqib də var. Üstəlik, bu cür təhdidlər həm istifadəçinin tətbiq vasitəsilə bir müddət ünsiyyətdə olduğu şəxslərdən, həm də heç tanımadığı insanlardan gələ bilər.

Bu cür riskləri maksimum azaltmaq üçün həddən artıq məlumat paylaşmaqdan (oversharing), yəni şəbəkədə özü haqqında artıq və lazımsız paylaşımlar etməkdən çəkinmək lazımdır. Belə ki, ev ünvanı, iş yeri, şirkətin adı və ya telefon nömrəsini internetdə asanlıqla tapmaq olarsa, təcavüzkarlar bundan istifadə edə bilərlər. Məlumatın istifadəçinin razılığı olmadan, onun reputasiyasına xələl gətirmək üçün paylaşılması doksinq adlanır. Onlayn tanışlıq xidmətlərindən istifadə edən hər altıncı şəxs (16%) onunla qarşılaşıb. Daha 11% doksinqə məruz qalıb, amma bu haqda
bilməyib, çünki belə bir anlayış haqda məlumatı olmayıb.

«Həyatımızın rəqəmsallaşması fonunda onlayn tanışlıq adi bir hala çevrilib, tanışlıq tətbiqləri isə sevgi tərəfdaşı tapmaqda dəstəyə. Amma bununla bərabər bu cür xidmətlərin istifadəçiləri üçün mümkün məlumat sızıntısı, doksinq, kiber casusluq və başqa təhdidlərlə bağlı müxtəlif risklər də meydana çıxıb. Buna görə də tanışlıq tətbiqlərində olan zaman öz şəxsi məxfiliyinizi qorumaq və şəbəkədə minimum şəxsi məlumat paylaşmaq barədə düşünməlisiniz”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky öz şəxsi məlumatlarınızı istifadə etdiyiniz xidmətdən asılı olmayaraq təcavüzkarlardan qorumaq üçün tövsiyə edir:

1. cihazınıza yüklədiyiniz tətbiqin hansı funskional icazələrə malik olduğunu müntəzəm olaraq yoxlayın;
2. iki faktorlu audentifikasiya tətbiq edən xidmətlərdən istifadə edin;
3. şəbəkəyə hər hansı bir məlumat yükləməzdən əvvəl onun necə təfsir ediləcəyi və başqaları tərəfindən necə istifadə edilə biləcəyi barədə düşünün.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

Kaspersky onlayn tanışlıq tətbiqlərinin etibarlı olub-olmadığını araşdırıb

09-07-2021

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021

Kaspersky: istifadəçilərin üçdə biri yeni sevgi tanışlığı üçün qabaqcıl texnologiyalara güvənməyə hazırdır

16-07-2021

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021

Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

07-01-2022

Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

21-12-2020

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

07-02-2023

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021

Hansı sosial şəbəkə daha təhlükəsizdir?-Araşdırma

04-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə