Previous Next
Bağla

Kaspersky mütəxəssisi Telegram-ı daha etibarlı istifadə etmək üçün tövsiyyələr verib

25-01-2021 14:56
Kaspersky mütəxəssisi Telegram-ı daha etibarlı istifadə etmək üçün tövsiyyələr verib

Telegram-ın populyarlığı son günlər sürətlə artmaqdadır. Tətbiqin funksionallığı mətn ismarışları mübadiləsindən kənara çıxır: xidmət eyni zamanda sosial şəbəkə və bloq elementlərini özündə birləşdirir, buna görə də təhlükəsizlik və məxfiliyə yanaşması digər messencerlərdəkindən bir qədər fərqlidir. Telegram-da gizlilik qurmağınıza kömək edəcək bir yoxlama siyahısı tərtib etmişik.

1. Bir istifadəçi adı yaradın (username) və yazışmalarda öz ad və soyadınızdan yox, ondan istifadə edin

2. İki faktorlu identifikasiyanı aktivləşdirin. Əgər təcavüzkar hesabınızın idarəsini ələ keçirməyə çalışırsa, doğrulama kodu kifayət etməyəcək, ona parol da lazım olacaq. İki faktorlu identifikasiyanı təmin etmək üçün parametrlərdəki Gizlilik (Privacy and Security) bölməsinə keçməlisiniz.

3. Xüsusi məxfi yazışmalar üçün Gizli söhbət (Secret chat) funksiyasından istifadə
etmək daha yaxşıdır. Bu cür söhbətlər müəyyən bir cihaza bağlanır, başqa sözlə, söhbətlərin özü və onlardakı məlumatlar istifadəçilərin cihazları xaricində heç bir
yerdə saxlanmır. Bundan əlavə, onlarda özünüməhv taymeri mövcuddur.

4. Hesabınızın hansı cihazlarda açıq olduğunu görmək üçün Aktiv sessiyalara (Active sessions) nəzər salın. Bu, parametrlərin Cihazlar (Devices) bölməsində edilə bilər. Naməlum və ya şübhəli bir cihaz tapsanız, bu sessiyanı sonlandırın və əgər quraşdırılmış parol varsa, onu dəyişin.

5. Tətbiq parol və Touch ID təyin etməyə imkan verir. Bu halda tətbiqi kilidləmək və kilidini açmaq üçün söhbət siyahısında bir kilid işarəsi görünəcəkdir.

6. Telegram-da sizinlə bağlı hansı məlumatların platformanın bütün istifadəçiləri üçün əlçatan olmasına diqqət yetirin. Bu, parametrlərə Gizlilik (Privacy and Security) bölməsində nəzarət edilə bilər.

o Telefon nömrəsi. Telefon nömrəsi (Phone Number) bölməsinə daxil olun, Telefon nömrəmi kim görür (Who can see my phone number?) üçün Heç kimi (Nobody)) seçə bilərsiniz, daha sonra Nömrəyə görə kim məni tapa bilər (Who can find me by number?) üçün Kontaktlarımı (My contacts) seçə bilərsiniz.

o Aktivliyinizi görə bilən istifadəçilər. Son aktivliyi (Last Seen & Online) seçin, Şəbəkədə olarkən məni kim görür (Who can see you Last Seen time?), sonra isə Heç kimi (Nobody) seçə bilərsiniz.

o Profil şəklini görə bilən istifadəçilər. Profil şəklini (Profile photos), sonra da Kontaktlarımı (My contacts) seçin.

o Mesajları yönləndirərkən hesabınıza istinad edə bilən istifadəçilər. Mesajların yönləndirilməsini (Forwarded Messages) seçin, sonra Mesajları yönləndirərkən hesabıma kim istinad edə bilər (Who can add a link to my account when forwarding my messages?) bölməsində Kontaktlarımı (My contacts) aktiv edin.

o Sizə zəng edə bilən istifadəçilər. Zənglər (Calls) bölməsində Hamı (Everybody) seçimini edə bilərsiniz - sonra istənilən istifadəçi sizə zəng edə bilər və ya Mənim kontaktlarımı (My contacts) seçərək siyahını məhdudlaşdıra bilərsiniz.

o ∙Əgər razılığınız olmadan təsadüfi qruplara düşmək istəmirsinizsə, Qruplar və kanallar (Groups) bölməsində Kim məni əlavə edə bilər (Who can add me to group chats?) sualını cavablandırarkən Kontaktlarımı (My contacts) seçin.

Əlavə olaraq, mobil telefon istifadəçiləri üçün bir sıra ümumi tövsiyələr mövcuddur:

1. əgər yoxlanılmamış ictimai Wi-Fi mənbələrinə qoşulursunuzsa, əlavə qorunma üçün VPN-dən (https://www.kaspersky.ru/secure-connection) istifadə edin;

2. hətta tanışlarınız göndərsə belə, mesajlardakı şübhəli linklərə keçid etməyin; o quraşdırılması mümkün olan cihazlarda qorunma həlli quraşdırın;

3. qeyri-rəsmi mənbələrdən tətbiqlər yükləməyin -bu halda troyanla qarşılaşmaq riski var, tətbiqlərin rəsmi mağazalarından istifadə edin

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bir telefonda iki Whatsapp-dan istifadə etmək mümkündür

08-06-2015

Spam zənglərin intensiv olduğu vaxtlar müəyyənləşdirilib

23-08-2019

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

İstifadəçilər iPhone-da təhlükəsizliklərini necə qoruya bilər?

11-11-2015

Facebookda bilməniz lazım olan 10 təhlükəsizlik nizamı

09-02-2011

Kaspersky İctimai Wi-Fi-dan təhlükəsiz istifadənin 7 qaydasını açıqlayıb

01-10-2021

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

“Whatsapp” istifadəçiləri sonuncu dəfə onlayn olduqları vaxtı gizlədə biləcəklər

07-09-2021

Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

30-04-2022

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Whatsapp-a yeni rəqib gəlir - Blabel

26-03-2015

«Facebook» həyatınızı məhv edə bilər

25-07-2010

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Kaspersky onlayn tanışlıq tətbiqlərinin etibarlı olub-olmadığını araşdırıb

09-07-2021

Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

21-12-2020

"Telegram Premium" istifadəyə verilib

20-06-2022

Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

07-02-2023

Facebook-da kimlərin sizi dostluqdan çıxardığını biləcəksiniz

06-07-2015

“WhatsApp”a tərcümə funksiyası əlavə olunub

24-09-2025

Televizorda Skype video-zənglərini necə etmək olar?

12-11-2015

İstifadəçilər oğurlanan telefonlarını tapa biləcək

04-06-2016

Evdaxili Wi-Fi şəbəkəsini qonşulardan necə qorumalı

28-09-2022

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə