Previous Next
Bağla

Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

07-01-2022 11:58
Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

Kaspersky-nin keçirdiyi qlobal sorğuda* iştirak edənlərin yarısından çoxu (57%) qeyd edib ki, tərəf müqabilləri (həyat yoldaşı, sevgili və s.) onların smartfon şifrələrini bilir, 56% isə öz növbəsində bildirib ki, onlar öz tərəf müqabillərinin telefon şifrələrindən məlumatlıdırlar. Bundan başqa, respondentlərin 42%-i ailə üzvlərinin onların iCloud və ya Google hesablarına girişə malik olmasını təbii hal hesab edir.

Sorğu iştirakçılarının dörddə biri (25%) hesab edir ki, tərəf müqabilinin internetdəki fəaliyyətini izləmək onun icazəsi əsasında məqbul sayıla bilər, çünki onların fikrincə
münasibət tam şəffaf olmalıdır. Respondentlərin təxminən yarısı (46%) öz tərəf müqabilinə kontakt siyahısını göstərməyə, elə bir o qədəri də sosial şəbəkə fəaliyyəti haqqında danışmağa hazırdır; 40% mətn mesajlarını, 35% gelokasiyanı, 38% ödəniş tarixçəsini, 30% isə şifrə və yazışmaları paylaşmaqda bir problem görmür.

“Sağlam münasibətlərin kökündə güvən dayanır, amma şəxsi sərhədləri gözləmək də vacibdir, o cümlədən internetdə. Bugün rəqəmsal toxunulmazlıq ən fərqli üsullarla  pozula bilər, məsələn, bunun üçün stalker (təqib) proqramlarından istifadə edə bilərlər. Bu cür pozuntunun nəticəsi çox müxtəlif və olduqca acınacaqlı ola bilər.

Bundan əlavə, doksinq deyilən bir fenomen də mövcuddur. Elə hallar olur ki, bədxahlar bir insan haqqında internetdə yayılması həmin adama zərər vura biləcək hər hansı bir məlumat yerləşdirirlər”, - deyə Kaspersky-nin məzmun təhlili mütəxəssisi Anna Larkina qeyd edib.

“Rəqəmsal texnologiyalar yaxınlarımızla ünsiyyət üsulumuzu çoxdan dəyişib. Ailəvi söhbətlər, video zənglər, foto və maraqlı məlumatlar mübadiləsi adəti üsullara çevrilib.

Amma bunlar bəzən bəd niyyətlər üçün istifadə edilə bilər. Biz insanların diqqətini texnologiyaların bu gün təmin etdiyi imkanlardan necə təhlükəsiz istifadə etməkdə maraqlı olmağa, şəxsi və ailə sərhədlərini bilməyə cəlb edirik, çünki bu, bir çox risklərdən qaçmağa kömək edəcək”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov izah edib.

Kaspersky “ Doksinq: təhlükələr və qarşısının alınması üçün tədbilər ” adlı pulsuz onlayn kursu işə salıb. Bu kurs məhz insanın rəqəmsal toxunulmazlığının necə pozula biləcəyi haqqında daha ətraflı öyrənməyə kömək edir. Kursa doksinqin nə olması, onun təhlükəli tərəfləri, onu ictimaiyyətə açıq mənbələrdə görmək istəmədiyiniz şəxsi məlumatlarınız arasında aşkarladığınız zaman nə etmək və rəqəmsal məxfiliyi necə saxlamaq barədə öyrədici videolar, məqalələr, yoxlama siyahıları daxildir. Kursu tam keçmək üçün cəmi 15-20 dəqiqə boş vaxt lazımdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022
Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021
Kaspersky: Istifadəçilərin çoxu öz tərəfdaşlarının rəqəmsal təqibini qəbuledilməz hesab edir

Kaspersky: Istifadəçilərin çoxu öz tərəfdaşlarının rəqəmsal təqibini qəbuledilməz hesab edir

22-11-2021
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021
Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021
Kaspersky TinyCheck-in mövcud olduğu portalı istifadəyə verib

Kaspersky TinyCheck-in mövcud olduğu portalı istifadəyə verib

28-07-2022
“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020
İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020
Kaspersky: istifadəçilərin üçdə biri yeni sevgi tanışlığı üçün qabaqcıl texnologiyalara güvənməyə hazırdır

Kaspersky: istifadəçilərin üçdə biri yeni sevgi tanışlığı üçün qabaqcıl texnologiyalara güvənməyə hazırdır

16-07-2021
Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021
İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019
Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020
Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019
Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

18-11-2020
Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

17-02-2023
Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020
Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022
Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

21-12-2020
Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

21-06-2018
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Kaspersky yeni xidmətini təqdim edib

Kaspersky yeni xidmətini təqdim edib

12-12-2022
Kaspersky-dən yaşlı nəslin kiber təhlükəsizliyinə dair məsləhətlər

Kaspersky-dən yaşlı nəslin kiber təhlükəsizliyinə dair məsləhətlər

11-12-2020
Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə