Previous Next
Bağla
REKLAM YERİ

Kaspersky rusdilli kiber cinayətkarlığın son beş ildə olan təkamülünü təhlil edib

29-10-2021 15:32
Kaspersky rusdilli kiber cinayətkarlığın son beş ildə olan təkamülünü təhlil edib

Kaspersky-nin kompüter insidentlərinin araşdırılması şöbəsinin mütəxəssisləri rusdilli kiber cinayətkarlıq landşaftının 2016-cı ildən 2021-ci ilədək olan dəyişimini təhlil edib.

Mütəxəssislər istifadəçi proqramlarına, xüsusilə brauzer və ofis müştəri proqramlarına hücumların sayında azalma olduğunu qeyd edirlər. Əvvəllər təcavüzkarlar bu cür hücumları aktiv şəkildə həyata keçirirdilər, çünki bu cür proqramlarda çox sayda zəiflik olurdu və istifadəçilər onları zamanında yeniləmirdilər. Bu boşluqlar vasitəsilə pul oğurlayan zərərli proqramların iştirakı ilə kütləvi yoluxmalar baş verirdi. Qurbanlar daha çox kommersiya və maliyyə təşkilatlarının əməkdaşları, adətən mühasiblər olurdu.

Amma indi istifadəçi proqramları əhəmiyyətli dərəcədə təkmilləşib, onlara avtomatik yeniləmə prosesləri əlavə edilib və təcavüzkarlar zərərli əlavələri olan göndərişlər də daxil olmaqla, kütləvi göndərişlər yolu ilə müdaxiləyə keçiblər.

Daha bir vacib dəyişiklik ondan ibarətdir ki, təcavüzkarlar daha öz zərərli proqramlarını yaratmağa can atmır, əvəzində sistemə sızmaq və uzaqdan girişi yoxlamaq üçün ictimaiyyətə məlum olan proqramlardan istifadə edirlər. Təşkilatlar bu cür alətləri qanuni hədəflər üçün istifadə edə bilərlər, ona görə də qorunma proqramları onları avtomatik olaraq zərərsiz proqram kimi müəyyən edir. Təcavüzkarlar da məhz buna güvənirlər.

Sistemə sızmağı yoxlamaq üçün alətlərdən istifadə həm də yeni proqrama sərf ediləcək resurslara əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir.

Bundan başqa, mütəxəssislər aşağıdakı dəyişiklikləri qeydə alıblar:

1. təcavüzkarlar özününküləri yaratmaq və dəstəkləmək əvəzinə aktiv şəkildə bulud infrastrukturundan istifadə edirlər;
2. daha onlar böyük qruplarda birləşmirlər: bulud infrastrukturundan aktiv istifadə ilə yanaşı öz zərərli alətlərini yaratmaq zərurətinin yoxluğu onlara zərərli fəaliyyəti əvvəlkilərə nisbətən daha kiçik qruplarda həyata keçirməyə imkan verir;
3. təcavüzkarlar maliyyə sistemləri və qurumlarına hücumlardan fidyə proqramı hücumlarına və pul oğurlamağa yönəlmiş hücumlara keçiblər. Əlavə olaraq, onlar MDB ərazisində daha az “çalışırlar”, hədəfləri daha çox xaricdə yerləşir.

“2016-cı ildə biz maliyyə qurumlarına, o cümlədən, Lurk, Buhtrap, Metel, RTM, Fibbit и Carbanak-a yönəlmiş böyük kiber qrupların çoxsaylı hücumlarını araşdırmışıq. Onlar yerli və bəzi hallarda beynəlxalq banklara aktiv şəkildə hücum edirdilər. Bu gün həmin qruplar ya bölüb, ya da fəaliyyətlərini dayandırıblar. Bəzi hallarda prosesə biz özümüz yardım göstərirdik. Cerberus kimi digər birləşmələr oyundan çıxdılar və kök şifrəni ictimaiyyətə açıqladılar. Buna baxmayaraq, kiber cinayətkarlığın həcmi azalmır. Ötən il ərzində biz təqribən 200 insidenti araşdırmışıq, bu il isə bu rəqəm təxminən 300-dür və il hələ davam edir. Hesab edirik ki, təcavüzkarların fəaliyyəti haqqında məlumatları kiber təhlükəsizlik ictimaiyyəti ilə paylaşmaq xüsusilə vacibdir və bunu öz hesabatlarımız vasitəsilə edirik”, - deyə Kaspersky-nin kiber təhlükəsizlik üzrə mütəxəssisi Ruslan Sabitov bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kaspersky maliyyə sahəsi üçün 2022-ci ilin kiber təhlükəsizlik proqnozunu hazırlayıb

30-11-2021

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

“Kaspersky”dən kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnoz

25-11-2020

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

03-09-2021

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Fidyəçilərin korporasiyalara hücumları: 2023-cü ildə nə dəyişəcək?

25-01-2023

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

19-12-2022

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

30-07-2020

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky: Kiber cinayətkarlar Cring kriptoqraf proqramı vasitəsilə hücumlar edir

14-04-2021

Kaspersky zərərli proqramlarla bağlı xəbərdarlıq edir

18-10-2021

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə