Kaspersky maliyyə sahəsi üçün 2022-ci ilin kiber təhlükəsizlik proqnozunu hazırlayıb.
Ötən ilin vacib hadisə və trendlərinin təhlili, o cümlədən, mütəxəssislərin gələn ildən gözləntiləri şirkətin "2022-ci ildə maliyyə təşkilatları üçün kiber təhdidlər" hesabatında dərc olunub.
Əsas proqnozlar arasında hücumların kriptovalyutaya hədəfləndirilməsi, ümumilikdə kriptovlayuta sahəsi ilə bağlı yeni təhdidlər, ödəniş sistemlərinə hücumların sayında
artım və mobil təhdidlərin mürəkkəbləşməsi yer alıb. Mütəxəssislərin fikrincə ən böyük təhdidlər aşağıdakı dörd istiqamətdə yarana bilər.
1. Kriptovalyutaya hədəfli hücum sayında artım. Kriptovalyuta rəqəmsal aktiv olduğundan və onunla bağlı bütün əməliyyatlar onlayn baş verdiyindən o, istifadəçiyə anonimlik təmin edir. Bu da, öz növbəsində kiber dələduzları cəlb edir. Bununla yanaşı son zamanlar kriptovalyuta səhəsini həm də dövlətlər tərəfindən maliyyələşdirilən kiber qruplar hədəf alıb. Dünyada artıq kriptovalyuta biznesinə edilmiş hücum halları baş verib və mütəxəssislər güman edirlər ki, 2022-ci ildə bu qəbildən olan yeni hücumları gözləmək olar.
2. Cihazlar səviyyəsində yeni kripto təhdidlər: natamam təhlükəsizlik və saxta cihaz kripto cüzdanları. Kriptovalyutaya hücumların getdikcə daha hədəfli olduğu bir vaxtda, kiber cinayətkarlar investorların aktivlərini oğurlamağın yeni üsullarını düşünməyə davam edirlər. 2022-ci ildə təcavüzkarlar "backdoor"-a (yoluxmuş kompyuteri uzaqdan idarə etmə imkanı təqdim edən zərərli proqramlar) malik dələduzluq cihazlarının istehsalı və satışı ilə məşğul olacaqlar, hansı ki, ardınca sosial mühəndislik alətlərindən və digər maliyyə fırıldağı üsullarından aktiv istifadəyə yol açacaq.
3. İnfostilerlərdən istifadənin artımı. İnfostiler yoluxmuş kompyuterdən giriş məlumatları, istifadəçi adları, şifrələr kimi məlumatları toplaya bilən proqramlardır. Onların sadəliyi və əlverişliliyi, həmçinin maliyyə sahəsinə hücumlarda effektivliyi (ən azından ilkin mərhələdə məlumat toplanması üçün) onları kiber dələduzlar arasında daha da məşhurlaşdırır. Təcavüzkarlar bu proqramlardan qurban seçimi və sonrakı hədəf hücumlarının hazırlanması üçün istifadə edəcəklər.
4. Mobil tətbiqlər üçün implant proqramların inkişafı. Pandemiya fonunda mobil bankinq aktiv artım nümayiş etdirir. Bununla bağlı olaraq mütəxəssislər növbəti ildə banklar tərəfindən istifadə olunan təhlükəsizlik vasitələrindən yayınmağa qadir olan Android platformasındakı tətbiqləri hədəf alan, xususilə RAT (Remote Access Trojan - "uzaqdan giriş troyanı) növündən olan daha çox bank troyanının meydana çıxacağını gözləyirlər. Android üçün implantların yerli istehsalı bütün dünya üzrə yayılacaq.
"Yola saldığımız il bir çox təşkilatlar üçün elə də asan olmadı: əməkdaşlar üçün
uzaqdan iş imkanının yaradılması, fidyə proqramları ilə mübarizə, mobil bankinqin aktiv
inkişafı ilə bağlı problemlərin həlli və nəticə olaraq, müvafiq zərərli proqramların daha da
fəallaşmasi. Eyni zamanda 2021-ci ildə lokal kiber cinayətkarların qlobal hədəflərə və
digər ölkələrdəki maliyyə bazarlarına hücum edərək öz coğrafiyalarını necə
genişləndirdiyini də müşahidə etdik", deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi
Müşviq Məmmədov bildirib və əlavə edib ki: “Ona görə də, hazırda çox sayda yeni və
mürəkkəbləşən köhnə təhdidlərlə bağlı prinsipial mövqe formalaşdırılmasını, həmçinin
kiber müdafiəni gücləndirmələri üçün maliyyə təşkilatları ilə nəzəri və praktiki bilik
mübadiləsini vacib hesab edirik".
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri