Previous Next
Bağla

Fidyəçilərin korporasiyalara hücumları: 2023-cü ildə nə dəyişəcək?

25-01-2023 15:42
Fidyəçilərin korporasiyalara hücumları: 2023-cü ildə nə dəyişəcək?

DFI (Digital Footprint Intelligence) və DFIR (Digital Forensics and Incident Response) qrupları Kaspersky Security Bulletin-nin illik hesabatı çərçivəsində bildiriblər ki, 2023-cü ildə fidyə proqramları hücumları korporasiyalar üçün ciddi təhlükə olaraq qalacaq və Malware-as-a-Service (MaaS) modelinin tətbiqi daha da artacaq.

MaaS modeli təcavüzkarlar sırasına qoşulmaq tələblərini yüngülləşdirir: hər kəs, məsələn, kriptoqraf və ya məlumat oğurlayan proqramdan istifadə edərək hazır kiberhücum təşkil edə bilər. Kaspersky ekspertlərinin fikrincə, yaxın gələcəkdə təcavüzkarlar əmək xərclərini optimallaşdırmağa davam edəcəklər, buna görə də 2023-cü ildə onlar öz fəaliyyətlərini aktiv şəkildə genişləndirəcək və avtomatik resurs axtarışından istifadə edəcəklər. Artıq indi, məsələn, LockBit fidyə proqramı bir proqram tərtibatçısı kimi öz xidmətini genişləndirir: 2022-ci ilin sonunda təcavüzkarlar hətta özlərinin “bug bounty” proqramını təqdim edib.

Tanınmış və geniş yayılmış fidyə proqramı ailələrinin sayı azalacaq və hücumlar getdikcə daha çox eyniləşəcək. Bir tərəfdən, bu, şirkətlər üçün yaxşı xəbərdir: oxşar MaaS üsulları bir çox fidyə proqramı üçün istifadə olunacaq, bu o deməkdir ki, onlar SOC komandaları hücumlara cavab vermək üçün çoxlu sayda taktika və texnikanı nəzərə almaq məcburiyyətində qalmayacaqlar. Eyni zamanda, təcavüzkarların alətləri daha da mürəkkəbləşəcək və hərtərəfli müdafiə qurmaq üçün yalnız avtomatlaşdırılmış həllər kifayət etməyəcək.

“Təhlükə landşaftı böyüyür və inkişaf edir və 2023-cü ilin kibertəhlükəsizlik baxımından daha asan və sadə olacağına inanmaq üçün heç bir əsas yoxdur. Bu baxımdan şirkətlər müəyyən tempi saxlamalı, tez reaksiya verməli və dəyişikliklərə uyğunlaşmalıdırlar. Tədqiqatçıların qabaqcıl alətlərə sahib olması və artan təhlükələri vaxtında dayandıra bilməsi müsbət haldır”, - deyə “Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Korporasiyalara qarşı kibertəhlükəsizlik təhdidləri haqqında proqnozunu buradan oxuya bilərsiniz: https://securelist.ru/corporate-threat-predictions-2023/106472/.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021
Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022
Mətbuatda şantaj və saxta sızmalara qarşı necə mübarizə aparmalı?

Mətbuatda şantaj və saxta sızmalara qarşı necə mübarizə aparmalı?

14-12-2022
Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022
Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021
Şirkət sistemlərinə giriş məlumatları qaranlıq şəbəkələrdə 2 min dollara satılır

Şirkət sistemlərinə giriş məlumatları qaranlıq şəbəkələrdə 2 min dollara satılır

05-07-2022
 Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022
“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

02-08-2022
Kaspersky rusdilli kiber cinayətkarlığın son beş ildə olan təkamülünü təhlil edib

Kaspersky rusdilli kiber cinayətkarlığın son beş ildə olan təkamülünü təhlil edib

29-10-2021
Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

30-07-2020
 Ötən il fidyə kriptoqrafları 700-dən çox şirkətə hücum edib

Ötən il fidyə kriptoqrafları 700-dən çox şirkətə hücum edib

16-01-2023
Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021
“Kaspersky”dən kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnoz

“Kaspersky”dən kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnoz

25-11-2020
Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022
Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021
Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020
Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020
Kaspersky və İnterpol kiberqarətin qarşısını alıb

Kaspersky və İnterpol kiberqarətin qarşısını alıb

16-02-2022
Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

19-12-2022
Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023
Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022
No More Ransom təşəbbüsü sayəsində $900 milyonun təcavüzkarların əlinə keçməsinin qarşısı alınıb

No More Ransom təşəbbüsü sayəsində $900 milyonun təcavüzkarların əlinə keçməsinin qarşısı alınıb

30-07-2021
Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022
Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə