Previous Next
Bağla

Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir

11-08-2025 13:38
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir

Azərbaycan və ABŞ dövlət başçılarının görüşü, görüş zamanı qəbul edilən qərarlar, imzalanan sənədlər Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıcını ifadə edir. Beləliklə də, ABŞ dövlət başçısının şahidliyi ilə razılaşdırılan sülh müqaviləsi, Qafqazda 30 ildən artıq davam edən münaqişəsinin tarixə qovuşmasına və regionda dayanıqlı sülhün bərqərar olmasına real zəmin yaradır.

Xüsusilə, ATƏT-in Minsk qrupunun ləğvi, ölkəmizə qarşı ədalətsiz münasibətin göstəricisi olan 907-ci düzəlişin ləğvi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırıl-ması istiqamətində əldə olunan razılaşmalar iqtisadi inkişaf üçün də etibarlı əsaslar formalaşdırır. Uzun müddətdir münaqişə zonası kimi yadda qalan Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir.

ABŞ liderinin iştirakı ilə Ermənistan-Azərbaycan münaqi-şəsinin həllinə dair sülh müqaviləsinin paraflanması, regiona sülh gəlməsi uzunmüddətli iqtisadi tərəqqi üçün də real zəmin formalaşdırır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovun fikrincə, səfərin ABŞ Prezidentinin rəsmi dəvəti ilə reallaşması bir çox məsələlərə aydınlıq gətirir. Bu, ilk növbədə, Azərbaycan Prezidenti-nin dünyanın aparıcı liderlərindən biri olduğunu ifadə edir, Azərbaycan dövlətinin etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir və bütün dünyada ölkəmizə olan inamın, etimadın bir göstəricisi kimi də qəbul edilə bilər.

A.Əsədov hesab edir ki, ilk növbədə, Zəngəzur dəhlizinin “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” adı ilə açılması razılaşdırılıbdır ki, bu da mühüm regional və qlobal əhəmiyyət malikdir. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında quru bağlantı yaradacaq dəhliz həm Naxçıvanla fasiləsiz quru yol əlaqəsini təmin edəcək, həm də Türkiyəyə birbaşa yol açaraq regionda yeni nəqliyyat xəritəsi formalaşdıracaq. Eyni zamanda, bu, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan, lakin icrası illərlə Ermənistan tərəfindən uzadılan məsələnin uğurla reallaşması deməkdir. Dəhlizin açılması Azərbaycan və Ermənistanın xarici bazarlara çıxışını asanlaşdırmaqla, hər iki ölkənin ticarət əlaqələrinin inkişafına təkan verəcəkdir. Digər tərəfdən, beynəlxalq yük daşınmalarının intensivliyinə şərait yaradacaqdır ki, bu da dünya ticarətinin inkişafına, dünya dövlətləri arasında əmtəə bölgüsünün balanslaşdırılmasına kömək edəcəkdir.

Onun fikrincə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri qarşılıqlı münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, bu səfər regionda etibarlı sülhün bərqərar olması, qlobal və regional təhlükəsizlik, Azərbaycan-ABŞ münasibətlərində Bayden dövründə yaranmış soyuqluğun aradan qaldırılması kimi məsələlərə də öz töhfəsini verəcəkdir. Təbii ki, səfərin siyasi-strateji əhəmiyyəti ilə yanaşı, Prezidentlər arasında keçirilən yüksəksəviyyəli danışıqlar iqtisadi münasibətlərin inkişafına da təsirsiz ötüşməyəcək.

Səfər zamanı Azərbaycan-ABŞ arasında strateji tərəfdaşlığa dair müvafiq sənəd imzalanıb, eləcə də bu istiqamətdə inkişaf məqsədilə Strateji İşçi Qrup yaradılıb.

Sənəd üç istiqaməti əhatə edir:

1. Enerji, ticarət və nəqliyyat;
2. Rəqəmsallaşma və süni intellekt məsələləri;
3. Müdafiə və təhlükəsizlik məsələləri.

Hər üç istiqamət olduqca mühüm siyasi-strateji və iqtisadi əhəmiyyətə malikdir.

Dünyanın bir nömrəli dövləti ilə qeyd edilən istiqamətlərdə münasibətlərin inkişafı, şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının da inkişafına öz töhfəsini verəcəkdir. Regiona sülhün gəlməsi ilə müxtəlif sahələrə milyardlarla investisiyalar, yeni texnika və texnolo-goiya cəlb ediləcəkdir.

Ölkəmizdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatı məhsulları istehsalı, müxtəlif xidmət sahələri, yenidən qurulan bu ərazilərdə rəqəmsallaşma və süni intellektdən istifadə kimi istiqamətlər amerikalı iş adamları üçün cəlbedici ola bilər. Aydındır ki, sülh yalnız siyasi qərar deyil, həm də uzun-müddətli iqtisadi tərəqqiyə açılan qapıdır. Bu mənada, Cənubi Qafqazın bir əməkdaşlıq regionuna çevrilməsi ümumi iqtisadi tərəqqi üçün yeni imkanlar yaradacaqdır.

İqtisad elmləri doktoru qeyd edir ki, dövlət başçıları arasında dostluq münasi bətləri,
keçirilən yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin inkişafı üçün mühümdür və liderlər diplomatiyası daha etibarlı, davamlı və intensiv münasibətlər formalaşdırır. Bu mənada, Azərbaycan və ABŞ Prezidentlərinin dostluq münasibətləri, bir çox məsələlərdə oxşar baxışları yeni strateji müttəfiqlik üçün sarsılmaz əsasdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan-Rusiya münasibətləri hər bir sahə üzrə dinamik inkişaf edir

Azərbaycan-Rusiya münasibətləri hər bir sahə üzrə dinamik inkişaf edir

19-08-2024
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

02-06-2026
“Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini davam etdirəcək”

“Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini davam etdirəcək”

06-11-2024
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

02-06-2026
Azərbaycan şirkətləri Çində 821 miln. dollarlıq müqavilə imzalayıblar

Azərbaycan şirkətləri Çində 821 miln. dollarlıq müqavilə imzalayıblar

24-04-2019
RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib

RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib

18-04-2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

10-02-2026
Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə  tədbir keçirilib

Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə tədbir keçirilib

09-10-2019
Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan MR

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan MR

14-11-2020
Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır

12-03-2026
 Prezident İKT-nin inkişafına dair yol xəritəsini təsdiq edib

Prezident İKT-nin inkişafına dair yol xəritəsini təsdiq edib

07-12-2016
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ərəfəsində İİTKM-də ortaq fəaliyyət müzakirə olunub

Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ərəfəsində İİTKM-də ortaq fəaliyyət müzakirə olunub

03-10-2024
Vüqar Bayramov: "Azərbaycan regional süni intellekt habına çevriləcək"

Vüqar Bayramov: "Azərbaycan regional süni intellekt habına çevriləcək"

05-06-2026
“Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

“Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

05-04-2023
Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

16-05-2022
Azərbaycanla İran arasında Dövlət Komissiyasının 15-ci iclası keçirilib

Azərbaycanla İran arasında Dövlət Komissiyasının 15-ci iclası keçirilib

12-03-2022
Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına

22-09-2025
“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025
Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

28-09-2018
Prezident D-8 Media Forumu iştirakçılarına müraciət ünvanlayıb

Prezident D-8 Media Forumu iştirakçılarına müraciət ünvanlayıb

21-11-2025
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar

09-08-2025
Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

03-08-2016
Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

30-10-2025
Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə