“Kibergigiyena layihəsi”nin ilk məzunları məlum oldu

02-09-2022 / 17:16

Dövlət qurumları üzrə koordinasiyasını həyata keçirdiyimiz və 4000 dövlət qurumu əməkdaşının iştirak etdiyi “Kibergigiyena layihəsi”nin ilk məzunları artıq məlum olub. Belə ki, 3 mərhələdən ibarət olan mərhələnin ilkin mərhələsini 80% istifadəçilərin tamalamış olmasına baxmaraq yalnız 3 dövlət qurumunun - Zərdab RİH, Yardımlı RİH və Ucar RİH-nin pilot layihədə iştirak edən əməkdaşları bütün mərhələləri keçməklə layihənin ilk məzunları adına layiq görülmüşlər.   

Xeberler.az bildirir ki, artıq 3 qurum üzrə əldə edilən ilkin nəticələr, layihənin effektivliyindən danışmaq üçün kifayət qədər ümidverici danışmağa imkan verir. Belə ki, pilot layihədə ilkin test və araşdırma suallarını cavablayan əməkdaşların səhvlərini, onların “Kibergigiyena” üzrə keçirilmiş online təlimdən sonrakı yekun test və araşdırma suallarına cavabları ilə müqayisə etsək kritiklik dərəcəsinə görə aşağıdakı müsbət inkişaf tendensiyasını görə bilərik:

  • “Aşağı risk” səviyyəsi üzrə inkişaf tendensiyası – 4%
  • “Orta risk” səviyyəsi üzrə inkişaf tendensiyası – 42%
  • “Riskli” səviyyəsi üzrə inkişaf tendensiyası – 60%
  • “Yüksək risk” səviyyəsi üzrə inkişaf tendensiyası – 100%
  • “Çox yüksək risk” səviyyəsi üzrə inkişaf tendensiyası – ilkin və yekun testlərdə bu səviyyədə yalnış cavablar qeydə alınmadığına görə müqayisə mümkün olmamışdır.

 

Pilot layihə məzunların ilkin və yekun nəticələri üzrə fərqini göstərən qrafik təsvir aşağıdakı kimidir:

Pilot layihə məzunların ilkin və yekun nəticələri üzrə risklilik dərəcələrinin fərqini göstərən qrafik təsvir aşağıdakı kimidir:

“Kibergigiyena layihəsi” üzrə daha ətraflı – https://kibergigiyena.az/


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə